Taekvandoçumuz Darya Şkurko İslamiadada ilk görüşünü keçirib
Bakı, 18 may, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, qadınların mübarizəsində 62 kiloqram çəki dərəcəsində dörddəbir finalda dayanq üzərinə çıxan qadın idmançımız Darya Şkurko Mərakeş təmsilçisi Sukayna Əl Auni ilə qarşılaşıb.
Görüş 8:10 hesabı ilə Mərakeş taekvandoçusunun xeyrinə başa çatıb. Beləliklə, idmançımız taekvando yarışlarında mübarizəni dayandırıb.