Taekvandoçumuz Məhəmməd Məmmədov "Bakı-2017"yə qələbə ilə başlayıb
Bakı, 18 may, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışlarında Azərbaycan idmançısı Məhəmməd Məmmədov ilk görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, mübarizəyə səkkizdəbir finaldan qoşulan yığma komandamızın üzvü 63 kiloqram çəki dərəcəsində İndoneziya idmançısı İbrahim Zarmanla üz-üzə gəlib.
İlk görüşdə rəqibini 9:2 hesabı ilə məğlub edən təmsilçimiz kişilər arasında yarışların dörddəbir final mərhələsinə yüksəlib.