Taekvondoçularımızın Bakıda keçirilən dünya çempionatında ilk rəqibləri bəlli olub
Bakı, 31 may, AZƏRTAC
Azərbaycanın taekvondoçularının Bakıda keçirilən dünya çempionatında ilk rəqibləri bəlli olub.
AZƏRTAC xəbər verir ki, çempionatda 80 kiloqram çəki dərəcəsində çıxış edəcək Əliəskər Əliyev 1/16 final mərhələsində seneqallı Ababakar Soumare ilə qarşılaşacaq. İdmançı 1/32 finalda Qabon təmsilçisi Teddi Opoya Lessakoladan üstün olub.
Millimizin digər üzvü Taleh Süleymanov (87 kq) eyni raundda belçikalı Manuel Pollet ilə üz-üzə gələcək. Belçika taekvondoçusu Laurentiu Snakovu (Rumıniya) məğlub edib.
Qadınların yarışında “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova 1/16 finalda Yaponiya idmançısı Çina Murakamini sınağa çəkəcək. Yaponiyalı taekvondoçu finlandiyalı Jenna Ylonenə qalib gəlib.
Qeyd edək ki, millimizin üç üzvü - Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq) və Fəridə Əzizova (67 kq) çempionatı mükafatsız başa vurublar.