Taekvondoçumuz Yaprak Eriş “Bakı-2017”nin qızıl medalı uğrunda yarışacaq
Bakı, 16 may, Nihad Budaqov, AZƏRTAC
“Bakı-2017”nin taekvondo yarışlarında qadınlar arasında - 57 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Yaprak Eriş finala yüksəlib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi yarımfinal görüşündə iranlı Parsa Tayebehə 14:12 hesabı ilə qalib gələrək qızıl medal uğrunda yarışmaq hüququ qazanıb.