Tarix Muzeyində Azərbaycan-Britaniya Kollecinin şagirdləri üçün interaktiv dərs
Bakı, 21 fevral, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində “Elmi macəralar saatı” layihəsi çərçivəsində “Zəhmət ilə gələn zinət. Dərsimiz - Hacı Zeynalabdin” mövzusunda ingilis dilində növbəti interaktiv dərs keçirilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, iki hissədən ibarət interaktiv dərsdə Azərbaycan-Britaniya Kollecinin şagirdləri iştirak ediblər.
Dərsin birinci hissəsində Hacı Zeynalabdin Tağıyevin Ev-muzeyinə təşkil olunan ekskursiyada şagirdlərə məşhur xeyriyyəçinin həyat və fəaliyyəti və yaşadığı bina haqqında ətraflı məlumat verilib, ikinci hissədə isə intellektual oyun keçirilib.