Tarix Muzeyinin əməkdaşı beynəlxalq simpoziumda çıxış edib
Bakı, 13 aprel, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Əli Fərhadov Türkiyənin Aydın şəhərində keçirilən “2021-ci il - Yunus Əmrə və türk dili ili ərməğanı. XV Beynəlxalq türk mədəniyyəti, sənəti və mədəni mirası qoruma" onlayn simpoziumunda iştirak edib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, simpoziumun təşkilatçılarından biri də Milli Azərbaycan Tarixi Muzeyidir. Əli Fərhadov konfransda “XIX-XX əsrin əvvəllərində Azərbaycanda dini durum: Tahirə və Əbdülbəha nümunəsi” adlı məruzə ilə çıxış edib. Qeyd olunan dövrdə İranda və Azərbaycanda babilik, bəhailik, qəzvinli babi şairə Tahirə xanım və bəhai icmasının iranlı lideri Əbdülbəhanın həyat və yaradıcılığı, türkcə əsərləri haqqında məlumat verib. Simpoziumun materialları nəşr ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]