Tbilisidə Azərbaycan-gürcü klinikası fəaliyyətə başlayacaqdır
Tbilisi, 10 may (AZƏRTAC). Gürcüstan paytaxtının Diğomi massivində yeni Azərbaycan-gürcü “Lantset” klinikası fəaliyyətə başlayacaqdır. “Lantset” insanlara müxtəlif tibbi xidmətlər göstərəcəkdir.
Klinikanın meneceri David Mesxişvilinin dediyinə görə, mayın 12-də fəaliyyətə başlayacaq klinikada ruhi xəstələrdən başqa, müştərilərə bütün sahələr üzrə tibbi xidmət göstəriləcək və indiyədək bölgədə aparılmamış cərrahiyyə əməliyyatları həyata keçirmək mümkün olacaqdır. Klinikada gürcü mütəxəssislərlə yanaşı, Türkiyə, Fransa, Avstraliya və İsraildən dəvət olunmuş yüksək ixtisaslı cərrahlar çalışacaqlar.
Menecer insanların əlavə xərc çəkib xaricə getmələrinə daha ehtiyac olmadığını və yeni klinikada tibbi xidmətin onlara üç dəfə ucuz başa gələcəyini bildirmişdir.
Təxminən 200 nəfər xəstə üçün nəzərdə tutulmuş tibb mərkəzi 10 mərtəbəlidir, burada 15 cərrahiyyə bloku, 7 lift, gecə-gündüz işləyən əczaçı vardır. Klinikanın sonuncu mərtəbəsində zərərdidələrin təcili gətirilməsi üçün xüsusi vertolyot meydançası mövcuddur. Həmçinin 40 yerlik mehmanxananın xidmətindən də istifadə etmək mümkün olacaqdır.
D. Mesxişvili klinikanın inşasına və avadanlığın alınmasına 25 milyon dollar xərcləndiyini bildirmişdir.
İslam Əliyev,
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]