Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin üçtərəfli Sammiti keçirilmişdir VİDEO

Tbilisi, 6 may (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, mayın 6-da Tbilisidə Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası prezidentlərinin üçtərəfli Sammiti keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili və Türkiyə Prezidenti Abdullah Gül əvvəlcə rəsmi foto çəkdirdilər.

Sammiti Gürcüstan Prezidenti Giorgi MARQVELAŞVİLİ açaraq dedi:

- Mən istəyirəm həmkarlarımı, yüksək səviyyəli qonaqları, Azərbaycan və Türkiyə prezidentlərini, gələn qonaqlarımızı, onların nümayəndə heyətlərini salamlayım.

Artıq bizim görüşlərimiz və əməkdaşlığımız intensiv xarakter daşıyır. Mənim ilk səfərim Türkiyəyə olub. Vurğulamaq istəyirəm ki, səfər zamanı mənə çox isti və mehriban münasibət göstərildi.

Biz bir həftə öncə cənab İlham Əliyevlə Praqada görüşdük, ondan əvvəl isə Bakıda bizim çox yaxşı görüşümüz oldu. Artıq çox illərdir ki, əməkdaşlıq edirik. Əməkdaşlığımız çox müsbətdir, ölkələrimiz və region üçün əlverişli və səmərəlidir.

Biz bugünkü görüşümüzlə birgə başladığımız işlərin əhəmiyyətini daha da artırırıq. Bu təşəbbüsə görə Abdullah Gülə xüsusi təşəkkürümü çatdırıram. Sammitə verdiyi məna və əhəmiyyətə görə İlham Əliyevə də xüsusi təşəkkürümü bildirirəm.

Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:

- Hörmətli Gürcüstan Prezidenti, hörmətli Türkiyə Prezidenti!

İlk növbədə, cənab Prezident, bu təşəbbüs üçün Sizə minnətdaram. Qardaş Gürcüstan torpağında yenidən olmağımdan çox məmnunam. Əminəm ki, bu təşəbbüsün çox gözəl nəticələri olacaqdır. İlk dəfədir ki, üç ölkənin prezidentləri rəsmi qaydada Sammitdə toplaşmışlar. Əminəm ki, Sammitin çox gözəl nəticələri olacaqdır.

Ölkələrimiz arasındakı əlaqələr böyük tarixə malikdir. Həm ikitərəfli əlaqələr çox yüksək səviyyədədir, həm də biz üçtərəfli formatda birgə səylər göstəririk, birgə təşəbbüslər irəli sürürük. Bu gün Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığı nəinki ölkələrimiz, eyni zamanda, bölgə və dünya üçün böyük əhəmiyyət kəsb edir. Çünki bizim əməkdaşlığımızın təməlində ortaq maraqlar dayanır. Eyni zamanda, bizim birgə həyata keçirdiyimiz layihələr regional çərçivələrdən çıxıb qlobal məna daşımaqdadır.

Ona görə, Sammitin keçirilməsi özlüyündə çox əlamətdar bir hadisədir, beynəlxalq hadisədir. Əlbəttə ki, bu gün müzakirə olunacaq məsələlər mahiyyət etibarı ilə də çox böyük məna daşıyır. Əminəm ki, biz bu gün həm beynəlxalq məsələlər, həm regional təhlükəsizlik və enerji təhlükəsizliyi məsələləri, eyni zamanda, nəqliyyat, humanitar sahələrdə əməkdaşlıq ilə əlaqədar fikir mübadiləsi aparacağıq və növbəti dövr üçün birgə fəaliyyət planı haqqında da danışacağıq. Bir daha Sizə bu təşəbbüsə və göstərdiyiniz qonaqpərvərliyə görə minnətdaram.

Sonra Türkiyə Prezidenti Abdullah GÜL çıxış edərək dedi:

- Hörmətli Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili.

Hörmətli Azərbaycan Prezidenti, dəyərli qardaşım İlham Əliyev.

Dəyərli media nümayəndələri.

Gürcüstanda üçtərəfli Sammitdə - Tbilisidə görüşməkdən məmnunluq hissi keçirirəm. Əsasən bu üç ölkə arasında genişmiqyaslı sıx əməkdaşlıq əlaqələri mövcuddur. O vaxt - 2007-ci ildə prezidentlər səviyyəsində də Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin təməlqoyma mərasimində görüşmüşdük. İndi də yenə hamımız burada birlikdəyik. Əvvəlcə xarici işlər və digər nazirlərimiz müxtəlif səviyyələrdə görüşürdülər. Bir az sonra geniş şəkildə müzakirələr aparacağıq. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Transanadolu kimi regional və qlobal miqyasda mühüm layihələri bu üç ölkə həyata keçirmişdir. Bu üç ölkənin Cənubi Qafqazda sabitlik və rifaha töhfəsi artıq hamı tərəfindən təqdir edilməyə başlandı. Biz Qafqazın hündür dağlarını bir divar olmaqdan çıxardıq, bir qapı, bir əməkdaşlıq sahəsi vəziyyətinə gətirdik. Təbii ki, bundan böyük məmnunluq duyuruq. Həm siyasi sahədə xalqlarımız bir-birinin qardaşıdır, qonşularıdır, həm də aralarında yaxın dostluğa söykənən əməkdaşlıq əlaqələri iqtisadi sahədə də özünü büruzə verməkdədir.

Bunları prezidentlər olaraq ən yüksək səviyyədə yenidən nəzərdən keçirəcəyimizə və bu cür sammitlərin bundan sonra da davamlı olaraq baş tutacağına ümid edirəm. Bundan böyük məmnunluq hissi duyuram. Ev sahibliyinə görə bir daha Sizə təşəkkür edirəm.

X X X

Sammitdə dövlət başçıları son illərdə ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat, energetika, həmçinin turizm sahələrində əməkdaşlığın yekunlarını nəzərdən keçirdilər.

Tədbirdə Bakı-Tibilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin əhəmiyyəti qeyd edildi, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla həyata keçirilməsindən məmnunluq ifadə olundu.

Azərbaycan, Gürcüstan və Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edildi. Prezidentlər bu formatda qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi əzmində olduqlarını bildirərək belə görüşlərin müntəzəm keçirilməsinin vacibliyini vurğuladılar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin üçtərəfli Sammiti keçirilmişdir VİDEO

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir