TBİLİSİDƏ “HEYDƏR ƏLİYEV VƏ GÜRCÜSTAN” KİTABININ VƏ EYNİ ADLI FİLMİN TƏQDİMATI OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 10-da Heydər Əliyevin 85 illiyi ilə əlaqədar “Heydər Əliyev və Gürcüstan” kitabının və eyni adlı filmin gürcü və Azərbaycan dillərində təqdimatı keçirilmişdir.
Kitabın redaktoru Hidayət Orucov, müəllifi və tərtib edəni Şahismayıl Şəmmədoğludur. Filmin rejissoru Tengiz Txalava, ssenari və ideya müəllifi Şahismayıl Məmmədov, prodüseri Levan Kikabadır.
Film mayın 10-da Gürcüstanın “Mze” (Günəş) ictimai televiziyası və Kvemo Kartli-Borçalı bölgə televiziyası ilə nümayiş etdirilmişdir.