İQTİSADİYYAT
Tbilisidə ticarətin maliyyələşdirilməsi və faktorinq əməliyyatları mövzusunda beynəlxalq konfrans keçirilir
Tbilisi, 20 oktyabr, AZƏRTAC
Tbilisidə ticarətin maliyyələşdirilməsi və faktorinq əməliyyatları mövzusunda beynəlxalq konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə pandemiyanın iqtisadiyyata vurduğu ziyan, xüsusən də ticarətin maliyyələşdirilməsi sahəsində yaratdığı problemlər, bankların qarşılaşdıqları çətinliklər və yaranmış vəziyyətdən çıxış yolları müzakirə olunur.
Konfransda ölkəmizi Azərbaycan Beynəlxalq Bankının, Rabitəbank, Unibank və VTB bankın məsul əməkdaşları təmsil edirlər.
İki gün davam edəcək tədbirdə faktorinq əməliyyatları, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və milli qanunvericilik məsələləri diqqət mərkəzində olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:09]
Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib
- 03.05.2024 [16:48]