TƏBİB: Kanal kənarında tapılan körpə sağlamlığına qovuşub
Bakı, 21 sentyabr, AZƏRTAC
Bir müddət əvvəl kanal kənarına atılan körpə tapılaraq Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, tibb müəssisəsinin Pediatriya şöbəsinə yerləşdirilən qız uşağına xüsusi diqqət, qayğı göstərilib və körpənin zəruri tibbi xidmətlərlə təmin olunması həyata keçirilib. Yenidoğulmuş öz sağlamlığına qovuşub.