“Təbii qazdan təhlükəsiz istifadə aylığı” elan edilmişdir
Bakı, 31 oktyabr (AZƏRTAC). Payız-qış mövsümündə istehlakçıların təbii qazla daimi və təhlükəsiz təchiz edilməsi, abonentlərin təbii qazdan istifadə qaydaları barədə təlimatlandırılması və maarifləndirilməsi məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi (İB) noyabrın 1-dən dekabrın 1-dək respublika ərazisində “Təbii qazdan təhlükəsiz istifadə aylığı” elan etmişdir.
İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bununla əlaqədar xüsusi tədbirlər planı hazırlanmışdır. Planda abonentlərin təbii qazdan istifadə qaydalarına dair növbədənkənar təlimatlandırılması nəzərdə tutulmuşdur.
Təbii qazdan istifadə qaydalarını pozan istehlakçıların qaz təchizatı müqavilə ilə müəyyən edilmiş qaydada dayandırılacaqdır. Tədbirlər planında, həmçinin qəza halları barədə qaz istismar sahələrinin qəza dispetçer xidmətlərinə daxil olmuş çağırışların keyfiyyətlə yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi məsələsi də yer almışdır. Qeyri-standart qaz cihazları və avadanlığın istismardan çıxarılmasına nəzarət də gücləndiriləcəkdir.
“Təbii qazdan təhlükəsiz istifadə aylığı” çərçivəsində qaz təsərrüfatı obyektlərinə və avadanlığa baxışların sayı artırılacaqdır.
Qeyd edilən müddətdə bütün qaz istismar sahələri gücləndirilmiş iş rejiminə keçiriləcək, məsul şəxslərdən ibarət növbətçilik sistemi təşkil olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Nabran yolu nə vaxt açılacaq?
- [10:33]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [21:20]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:17]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [21:06]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [21:04]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:13]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [20:00]