TƏBRİZDƏ RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ MƏRASİM KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Təbrizdəki baş konsulluğunda 28 May - Respublika günü münasibətilə mərasim keçirilmişdir. Mərasimdə Təbrizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri, İran rəsmiləri, şəhərin tanınmış ziyalıları iştirak etmişlər.
Tədbirdə əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilmişdir. Baş konsul Ayxan Süleymanov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasından, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticələrindən danışmışdır. Baş konsul demişdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi mehriban dostluq və qonşuluq siyasətinin bəhrəsidir ki, Azərbaycan-İran münasibətləri yüksələn xətt üzrə inkişaf edir.
Mərasimdə çıxış edən İran rəsmiləri bayram münasibətilə iştirakçıları təbrik etmiş, Azərbaycan xalqının ünvanına xoş sözlər söyləmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]