Tədris ilinin ikinci yarımili üzrə şagirdlərin qiymətləndirilmələrinin keçirilməsi nəzərdə tutulmur
Bakı, 7 may, AZƏRTAC
2019-2020-ci tədris ilinin ikinci yarımili üzrə ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin qiymətləndirilmələrinin keçirilməsi nəzərdə tutulmur. İllik qiymətləndirilmə çıxarılmasında və növbəti sinfə keçirilmədə şagirdlərin tədris ilinin birinci yarımili üzrə nəticələri və qiymətləri əsas götürüləcək. Həmin qiymətlər əsasında şagirdlərin illik yekun qiymətləri çıxarılacaq və növbəti sinfə keçid təmin ediləcək.
AZƏRTAC xəbər verir ki, bunu mayın 7-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Təhsil naziri Ceyhun Bayramov söyləyib.
Nazir qeyd edib ki, nəticələrini yaxşılaşdırmaq istəyən şagirdlər tədris ili öncəsi yenidən məktəbə müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:40]
Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO
- 12.06.2026 [20:49]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [19:56]
BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO
- 12.06.2026 [18:20]