Tedros Adhanom Qebreyesus: ÜST COVID-19 pandemiyasının yaranma səbəblərini araşdırmağı davam etdirir
Bakı, 14 noyabr, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasının yaranma səbəblərini araşdırmağı davam etdirir. Bu fikirləri deyən ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus xəstəliyin erkən hallarının, virusun heyvandan insana ötürülməsində Uhandakı “Huanan” bazarının rolunun daha mükəmməl təhlilinin vacibliyini izah edib. Bundan başqa, insanların ilk yoluxma hallarının aşkarlandığı ərazilərdə və laboratoriyalarda biotəhlükəsizliyin və biomüdafiənin potensial pozuntuları barədə daha çox məlumata ehtiyac var.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Qebreyesus yeni təhlükəli patogenlər üzrə elmi-məsləhətçi ekspertlər qrupunun (SAGO) iclasında çıxış edərək, “ÜST COVID-19 pandemiyasının başlanması anlamına nail olunmasına istiqamətlənən işi dayandırmayacağını” bildirib. “Bu, ÜST üçün təkcə ona görə prioritet deyil ki, gələcək pandemiyaların qarşısını almaqda bizə kömək edəcək. Çünki biz bu virusdan ölən milyonlarla insan qarşısında borcluyuq”, - deyə baş direktor vurğulayıb.
O qeyd edib ki, söhbət bir neçə vilayətdə aparılacaq işdən, o cümlədən COVID-19 virusuna ən əvvəl yoluxmaların və ya şübhə yaradan halların daha mükəmməl təhlilindən gedir. Qebreyesusun sözlərinə görə, infeksiyanın heyvandan insana və insandan-insana ötürülməsində “Huanan” dəniz məhsulları bazarının rolu daha yaxşı araşdırılmalıdır. Bundan başqa, insanların ilk yoluxma hallarının aşkarlandığı ərazilərdə və laboratoriyalarda biotəhlükəsizliyin və biomüdafiə olunmanın laboratoriyalarda potensial pozuntuları barədə daha çox məlumat lazımdır. ÜST başçısı digər zəruri məlumatlar arasında bazarda satılan heyvanların yetişdirildiyi yerlər barədə məlumatların, eləcə də bu heyvanları yetişdirən və satan insanların seroloji və molekulyar testləşdirilməsinin nəticələrini misal çəkib.
“Etiraf edirəm ki, bu araşdırmalar nə qədər çox uzanırsa, məlumatları almaq bir o qədər mürəkkəbləşir. Lakin biz bütün imkanlar bitməyincə cəhdləri dayandırmayacağıq”, - deyən Qebreyesus SAGO ekspertlərinin “SARS-CoV-2” virusunun əmələ gəlməsinin müstəqil dəyərləndirməsi, eləcə də bundan sonrakı vəziyyət üzrə tövsiyələri barədə materiallarını səbirsizliklə gözlədiyini bildirib.