Təhsil işçilərinə təltiflər təqdim edilib
Bakı, 6 oktyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri üzrə 2025-ci ildə yubileyi olan təhsil işçiləri təltif edilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə idarənin müdir müavini Xəyalə Əhmədzadə xüsusi missiya daşıyıcısı olan müəllimin üzərinə düşən vəzifələrin məsuliyyətindən söz açıb, ölkəmizdə təhsilin inkişafı, müəllim nüfuzunun artırılması və müasir tələblərə cavab verən təhsilverənlər ordusunun formalaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlərdən bəhs edib. Təhsilin inkişafındakı xidmətlərinə görə təltif olunan müəllimləri təbrik edən Xəyalə Əhmədzadə müəllimlərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulayıb.
Tədbirdə Milli Konservatoriyanın müəllim və tələbələrinin ifasında musiqili kompozisiya təqdim olunub.
Daha sonra 2025-ci ildə yubileyi olan təhsil işçilərinə BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri fərman və hədiyyələr təqdim edilib.