“Təhsil” kuboku turnirində 40-a yaxın ölkədən şahmatçılar mübarizə aparacaqlar
Bakı, 8 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə mayın 9-da beynəlxalq “Təhsil” kuboku uğrunda onlayn turnir start götürəcək.
AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyinin, Milli Məclisin gənclər və idman komitəsinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək turnirə 17 yaşadək şahmatçılar qatılacaqlar. Turnirdə iştirak etmək üçün Azərbaycan təmsilçiləri ilə yanaşı, 40-a yaxın ölkədən şahmatçılar da qeydiyyatdan keçiblər. Yarışda yüksək reytinqli - dünya və Avropa birinciliklərində medal qazanmış və onlayn Qran-Pri turnirinin final mərhələsinə qədər yüksəlmiş şahmatçılar iştirak edəcəklər. Beynəlxalq reytinqi 2400-dən yuxarı olan şahmatçılar isə birbaşa final mərhələsində iştirak hüququna sahibdirlər. Yarışın seçmə mərhələsi mayın 9-da, finalı isə 10-da baş tutacaq.
Turnirin qalibləri “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq dərəcəli diplomları və pul mükafatları ilə mükafatlandırılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]