Azərbaycan Dövlət İnformasiya Agentliyi

TƏKRAR SEÇKİLƏRDƏ QANUN POZUNTULARINA MÜNASİBƏT DAHA SƏRT OLACAQDIR

Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə Missiyasının 2006-cı il 28 aprel tarixli bəyanatı ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri RAMİZ MEHDİYEV AZƏRTAC-ın müxbirinin suallarına cavab vermişdir.

- Hörmətli Ramiz müəllim, bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə Missiyasının rəhbəri Milli Məclisə 2005-ci il noyabrın 6-da keçirilmiş seçkilərlə və bu il mayın 13-nə təyin olunmuş təkrar seçkilərlə bağlı Missiya adından bəyanatla çıxış etmişdir. Bəyanatda bəzi tənqidi məqamlar da öz əksini tapmışdır.

6 noyabr seçkiləri Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda çox diqqətlə izlənilmiş və müxtəlif fikirlər səslənmişdir. Siz ötən seçkiləri necə qiymətləndirirsiniz?

- Doğrudur, parlament seçkiləri Azərbaycanda və xaricdə böyük maraqla izlənilmişdir. Bu, dövlətimizin regionda tutduğu aparıcı mövqe, son dövrlər dünyada baş verən dəyişikliklərlə bağlıdır. Ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan 2005-ci il parlament seçkiləri həm Azərbaycanda, həm də xaricdə müzakirə, təhlil və araşdırmalar mövzusu olmuşdur. Buna da mən təbii baxıram, çünki Azərbaycan bu proseslərdən kənarda qala bilməz.

Müasir dövlətlərin təməlini təşkil edən demokratik seçkilər sabit vətəndaş cəmiyyətini və hər bir ölkənin mütərəqqi inkişafını təmin edən amillərdən biridir. 1995-ci il Konstitusiyası bu sahədə əsas prioritetləri müəyyən etmiş, Azərbaycanda demokratik seçkilərin hüquqi bazasının yaradılması üçün əsas olmuşdur. O vaxtdan ötən 10 il ərzində seçki qanunvericiliyində və praktikasında daim təkmilləşdirilmə aparılmış, milli seçki standartları Avropa və dünya təcrübəsinə uyğunlaşdırılmışdır. Həmin işdə Avropa Şurası və ATƏT kimi beynəlxalq təşkilatların texniki yardımından səmərəli istifadə olunmuşdur. Bu baxımdan 1995-ci ildən bəri keçirilmiş hər bir seçki əvvəlki ilə müqayisədə seçkilərin beynəlxalq standartlara uyğunlaşdırılması yolunda irəliyə atılmış bir addım hesab oluna bilər.

Sonuncu parlament seçkiləri də ötən illərdəki seçkilərdən fərqli olaraq, demokratikləşmə prosesini sürətləndirən bir sıra müsbət yeniliklərlə yadda qalmışdır. Azərbaycan hökuməti siyasi iradə nümayiş etdirərək seçkilərin azad, şəffaf və demokratik şəraitdə keçirilməsi üçün bütün zəruri tədbirləri görmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqı seçkilərdə öz sözünü demiş, istədiyi namizədə açıq, ədalətli, azad şəkildə səs vermiş, beləliklə, Azərbaycan öz demokratik inkişafında yeni mərhələyə qədəm qoymuşdur.

Bununla yanaşı, qeyd edilməlidir ki, seçkilər sahəsində tərəqqinin əldə edilməsinə baxmayaraq, bəzi nöqsanlar və çatışmazlıqlar hələ də qalmaqdadır. Bu hallara da biz dözümlü yanaşmalıyıq, onları inkişafın “xəstəliyi” və ya arzuolunmaz təzahürləri kimi qəbul etməliyik. Əsas odur ki, belə nöqsanları aradan qaldırmaq üçün hakimiyyətin aydın bəyan edilmiş iradəsi vardır. Biz demokratiya yolunu öyrənə-öyrənə keçməliyik. Şübhəsiz ki, 2005-ci il noyabrın 6-da keçirilmiş seçkilər zamanı da bəzi qanun pozuntuları baş vermişdir. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Belə hallar heç bir ölkədə istisna olunmur və Azərbaycan hökuməti həmin pozuntuların aradan qaldırılması üçün kompleks tədbirlər görmüşdür.

- Həmin qanun pozuntularını doğuran amillər hansılardır və mümkünsə, bunlara yol vermiş şəxslər barəsində hansı tədbirlər görüldüyünü bir daha oxuculara xatırladardınız.

- Gəlin, əvvəlcə obyektiv amilləri araşdıraq. Bu amillər ondan ibarətdir ki, seçki komissiyalarının, xüsusilə məntəqə seçki komissiyalarının üzvlərinin peşə hazırlığı müasir tələblərə cavab verən səviyyədə deyildir. Ümumiyyətlə, seçkilər mürəkkəb bir prosesdir və bu proses zamanı, xüsusilə də, səsvermə zamanı atılan hər bir addım qanuna əsaslanmalıdır. Hesab edirəm ki, bunun üçün Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyaları aşağı komissiya üzvlərinin peşə hazırlığının artırılması məqsədi ilə daim ciddi tədbirlər görməlidirlər. Məsələn, seçki günü məntəqə seçki komissiyaları üzvlərinin davranışına dair çox sadə, qısa və aydın təlimatlar verməklə yanaşı, həm də maarifləndirmə işi aparılmalı, mütəmadi treninqlər keçirilməlidir.

Qanun pozuntularının subyektiv səbəblərini isə bəzi icra orqanları, seçki komissiyaları və bələdiyyə nümayəndələrinin öz şəxsi mövqelərini qanundan üstün tutmalarında axtarmaq lazımdır. Bəzi dairələrdə seçki rəsmilərinin qanun pozuntularına yol verməsi, saxtakarlıq hallarının müşahidə olunması, seçki prosesinə, xüsusilə də, səslərin sayılması prosesinə birbaşa müdaxilə etmələri bizdə ciddi narahatlıq doğurur. Ona görə də 423 seçki məntəqəsində və 10 seçki dairəsində səsvermənin nəticələri ləğv olunmuşdur. Seçki saxtakarlığına və seçki qanunvericiliyinin digər pozuntularına görə 18 nəfər cinayət məsuliyyətinə cəlb olunmuş, o cümlədən bir neçə seçki komissiyasının sədri, üzvləri həbs edilmiş və ədalət mühakiməsi qarşısında cavab vermişlər. Bundan əlavə, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” 2005-ci il 11 may və “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 25 oktyabr tarixli sərəncamlarının müddəalarını yerinə yetirmədiklərinə görə üç rayonun icra hakimiyyəti başçısı, bir rayonun icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısının altı ərazi nümayəndəsi intizam qaydasında məsuliyyətə cəlb edilərək, tutduqları vəzifələrdən azad edilmişdir. Seçki qanunvericiliyinin pozulması ilə bağlı hökumət tərəfindən digər müvafiq tədbirlər də görülmüşdür. Hesab edirəm ki, bu tədbirlər seçki pozuntularının aradan qaldırılmasında hökumətin mövqeyini və siyasi iradəsini aydın şəkildə nümayiş etdirir. Bu, cənab Prezidentin məlum sərəncamlarında və seçkidən sonra atdığı addımlarda öz əksini tapmışdır.

Bir daha xatırlatmaq istərdim ki, göstərilən sərəncamlarda öz əksini tapan müddəalar parlamentə keçiriləcək təkrar seçkilərdə də qüvvədədir və bu sənədlərdən irəli gələn tələbləri yerinə yetirməyən şəxslər vəzifəsindən və cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, məsuliyyətə cəlb ediləcəklər. Dövlət məmurlarının, seçki administrasiyasının, bələdiyyə nümayəndələrinin və digər şəxslərin seçki prosesinə müdaxiləsinə münasibət əvvəlkindən daha sərt olacaqdır.

Burada əsas məsuliyyət dövlət məmurlarının üzərinə düşür. Dövlətə qulluq etməli olan şəxslər seçkilər zamanı özbaşınalıqlara yol verməməlidirlər. Belə halların qarşısı çox ciddi şəkildə alınacaqdır. Artıq seçkiqabağı təşviqat zamanı seçiciləri qanunla qadağan olunmuş üsullarla ələ almalarına görə bir neçə namizədin qeydiyyatı ləğv edilmişdir. Hazırda bu sahədə ümumiləşdirmələr və təhlillər aparılır və may ayının 13-dən sonra seçkilər zamanı və seçki günü seçki saxtakarlığına yol vermiş şəxslər və onlar barəsində görülmüş tədbirlər haqqında Azərbaycan cəmiyyəti məlumatlandırılacaqdır.

- AŞPA Missiyası öz bəyanatında Venesiya Komissiyasının dəstəyi ilə seçki qanunvericiliyi və sərbəst toplaşmaq azadlığı haqqında qanuna dəyişikliklərin olunması tövsiyəsi ilə çıxış etmişdir. Bu sahədə Venesiya Komissiyası ilə əməkdaşlıq davam etdiriləcəkmi?

- Azərbaycan Respublikası Venesiya Komissiyası ilə daim əməkdaşlıq edir, xüsusilə də seçki qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində. Biz bu əməkdaşlığı konstruktiv hesab edir və çox yüksək qiymətləndiririk. Xatırlatmaq istərdim ki, 6 noyabr seçkiləri ərəfəsində də Avropa Şurasının bu qurumu ilə əməkdaşlıqda seçki qanunvericiliyinə bir sıra dəyişikliklər olunmuş, Azərbaycan Prezidentinin 2005-ci il 11 may və 25 oktyabr tarixli sərəncamları Venesiya Komissiyasının əksər tövsiyələrinin həyata keçirilməsini təmin etmişdir. Bundan əlavə, seçkilərlə bağlı şikayət və ərizələrə səmərəli baxılması qaydaları təkmilləşdirilmişdir. Biz bu istiqamətdə əməkdaşlığın davam etdirilməsində maraqlıyıq və seçki qanunvericiliyinin, eləcə də, sərbəst toplaşmaq azadlığı haqqında qanunun təkmilləşdirilməsi sahəsində birgə işləməyə hazırıq. Texniki yardım almaq məqsədi ilə Azərbaycan hökuməti həm Venesiya Komissiyasına, həm də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna müraciət etmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO