REGİONLAR
Tələbələr arasında “Kvest” təfəkkür oyunu keçirilib
Gəncə, 22 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrobiznes və idarəetmə fakültəsinin Aqrobiznes və menecment kafedrasının təşkilatçılığı ilə biznesin idarə edilməsi ixtisasının rus bölməsi üzrə 4-cü kurs tələbələri arasında intellektual macəra janrında – “Kvest” təfəkkür oyunu keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oyunun əsas məqsədi tələbələrə sahibkarlıq və biznes sahəsində əsas iqtisadi anlayışları oyun prosesində, əyləncəli şəkildə öyrətmək, işgüzar ünsiyyət, komanda işi təcrübəsini aşılamaq, iştirakçıların liderlik və yaradıcılıq keyfiyyətlərinin inkişafına nail olmaq və tələbələri iqtisadi fənləri öyrənməyə həvəsləndirməkdir.
Aqrobiznes və idarəetmə fakültəsinin dekanı Əlövsət Əsgərov, Aqrobiznes və menecment kafedrasının müdiri Vahid Əmrahov və kafedranın bir qrup gənc müəllimin iştirakı ilə baş tutan oyunun sonunda gənclərə tövsiyələr verilib.
Sonda qalib komandaya hədiyyə və diplomlar, digər iştirakçılara isə sertifikatlar təqdim edilib.