İQTİSADİYYAT
Tələbələr geofizika və geologiya idarəsində əldə etdikləri təcrübi biliklərin gələcək fəaliyyətlərində xüsusi rol oynayacağını bildirmişlər
Bakı, 17 avqust (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) insan resursları departamentinin təlim və inkişaf şöbəsinin əməkdaşları “Ödənişli yay təcrübəsi” proqramı çərçivəsində Geofizika və Geologiya idarəsində təcrübə keçən tələbələrlə görüş keçirmişlər.
Departamentdən AZƏRTAC-a bildirmişlər ki, görüşdə ARDNŞ-in göndərişi əsasında 12 tələbənin idarədə ödənişli təcrübə keçdiyi qeyd olunmuşdur. Burada təcrübəçilərə əməyin mühafizəsi və təhlükəsizlik texnikası haqqında ətraflı məlumat verilmiş, xüsusi təlimat keçən tələbələr iş sahələrində göndərilməzdən əvvəl bütün texniki ləvazimatlarla təmin olunmuşlar.
Tələbələr idarənin təcrübəli mütəxəssislərindən zəruri məlumatlar əldə etdiklərini bildirmiş və burada qazandıqları təcrübi biliklərin gələcək fəaliyyətlərində xüsusi rol oynayacağını vurğulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]