Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

TELEVİZİYA EKRANI QARŞISINDA
QURTULUŞ

Milli Qurtuluş gününə həsr olunmuş və iyunun 24-də Azərbaycan televiziyası ilə efirə getmiş verilişin mətnini oxuculara təqdim edirik. 

APARICI: Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi respublikadakı hərbi-siyasi gərginliyi xeyli səngitdi, ümumi ictimai-siyasi ab-havaya sərinlik gətirdi. Neçə gün qorxu, həyəcan içində çırpınan Azərbaycan rahat nəfəs almağa başladı. Sabaha ümidini itirmiş xalqın narahatlığına son qoyuldu. Hamı Heydər Əliyevin sayəsində hər şeyin öz axarına düşəcəyinə inanırdı.

Heydər Əliyev qüdrətini, ona ümumxalq sevgisini görən və duyan bəzi məkrli qüvvələr ara qarışdırmaq, təxribat törətmək kimi niyyətlərini gizlətməyə çalışmış, necə deyərlər, qınına çəkilmişdilər. Surət Hüseynovun xofundan, hədə-qurxusundan pərən-pərən olmuş AXC-Müsavat iqtidarı da sanki bir toxdaqlıq tapmış, dar ağacından qurtardıqlarından sevincək olmuşdular. Amma vəziyyətin bir qədər düzəldiyini görüb yenə dil-boğaza qoymur, Elçibəyin Kələkiyə qaçmasına “haqq qazandıran” min bir dəlil gətirirdilər. Onların birillik, korafəhm fəaliyyətindən onsuz da zinhara gələn xalq indi də Milli Məclisdə bu çayxana siyasətçilərinin bəsit, məntiqsiz, ritorik çıxışlarını görüb daha da əsəbləşirdi.

Elçibəyin Kələkidən dönməsi üçün Milli Məclisin müraciətinə qeyri-ciddi və məntiqsiz münasibətləri, prezidentin səlahiyyətlərinin bölüşdürülməsi haqqında bəsit çıxışları və iclasın gedişindəki əsl siyasi hoqqabazlıqları onları gülünc vəziyyətə salmışdı. Yumoristik novellaları xatırladan bu danışıqlara baxanda hər birimiz həm də özümüzü qınayırıq ki, gör, Azərbaycanın “ölüm-olum” dilemması qarşısında qaldığı, Qarabağın od içində yandığı bir vaxtda bizlərə kimlər rəhbərlik edirdi. Respublikanın, xalqın taleyi kimlərə etibar olunmuşdu. İbrahim İbrahimovun, Tofiq Qasımovun, Ədalət Rəhimlinin, Tahir Kərimlinin, Arif Hacıyevin və neçə-neçə AXC-Müsavat funksionerlərinin bayağı, ritorik çıxışları və hərəkətləri sadə bir müşahidəçi gözündə ikrah doğururdu.

RƏBİYYƏT ASLANOVA (Milli Məclisin deputatı): 1991-ci ildən, müstəqilliyimizi qazandığımız gündən 1993-cü il iyun ayının 15-dək olan dövr xalqımızın həyatında ən çətin, keşməkeşli, xaotik bir dövr idi. Cəmiyyətdə hadisələrin axarına düzgün təsir edə bilməmək həmin dövrdəki iqtidarın bacarıqsızlığının nəticəsi idi.

Bir anlığa həmin günləri xatırlayıram. Çünki hər birimiz o günlərin, həmin vaxtlarda baş verən proseslərin şahidi olmuşuq. Fikirləşirsən ki, görəşən həmin dövrdə Azərbaycanda iqtidarda olan, özlərini siyasi xadim adlandıran insanlar hansı haqla xalqın gələcək taleyinə müdaxilə etmək imkanı qazanmışdılar?

Əgər, Allah eləməmiş, hakimiyyət onların əlində qalsaydı, Azərbaycanı nələr gözləyə bilərdi? Həmin dəhşəti bir anlığa fikirləşəndə, gözümüzün qarşısına çox faciəli nəticələr gəlir. Çox şükürlər ki, 1993-cü il iyun ayının 15-də bu hadisələrə son qoyuldu və Əbülfəz Elçibəyin dövləti başsız qoyub Kələkiyə getməsi həmin iqtidarın bütün komandasının bacarıqsızlığını göstərdi.

TOFİQ ƏLİYEV (Dağtexnəzarətmədən Komitəsi sədrinin müavini): 1993-cü ilin təlatümlü yay günlərində Heydər Əliyevin Bakıya qayıdışı sözün əsl mənasında tarixi və siyasi bir hadisə idi. Çünki ölkəni xaosdan, vətəndaş müharibəsindən, respublikamızı əyalətlərə parçalanmaq təhlükəsindən yalnız uzaqgörən, müdrik, dahi siyasətçi qurtara bilərdi. İndi biz Azərbaycan televiziyası ilə Milli Məclisin o illərdə keçirilmiş iclaslarına baxırıq. Adamı dəhşət bürüyür. Görün, bizə kimlər rəhbərlik edirmiş. Onların hamısının iç üzü, simaları göz qabağındadır. Didişmələr, təhqirlər, söyüşlər - budur onların görünən iç üzləri. Bəli, Heydər Əliyevin qayıdışı xalqı məhz bu bəlalardan qurtardı. Xalqın qurtuluşu onun əbədi xoşbəxtliyi oldu.

BAKI SAKİNLƏRİ: Bu qurtuluş bizi vətəndaş müharibəsindən, parçalanmaqdan, yox olmaqdan qurtardı, dünya ölkələri arasında öz yerimizi tutmağa gətirib çıxardı.

-Bu gün hər bir sahədə - təhsildə, səhiyyədə böyük islahatlar aparılır. Bu gün əldə etdiklərimiz üçün biz möhtərəm Prezidentimizə borcluyuq.

-15 iyun Azərbaycan tarixinə şərəfli bir gün kimi daxil olubdur. Bu, görkəmli dövlət xadimi, möhtərəm Heydər Əliyevin adı ilə bağlıdır.

-Bu gün biz gənclər hamımız etirafla deməliyik, möhtərəm Prezidentimiz Heydər Əliyevə borcluyuq ki, Azərbaycan xalqına əsl müstəqilliyi qismət etdi.

-Hörmətli Prezidentimizin atdığı hər bir addım Azərbaycan xalqına uğur, əmin-amanlıq gətirmişdir. Biz bu gün bunun nəticələrini görürük.

APARICI: Müzakirələrdən, alınan məlumatlardan aydın olurdu ki, Əbülfəz Elçibəyin Kələkidən Bakıya qayıtmaq fikri yoxdur. Sadəcə olaraq, bu yazışmalar, müraciətlər, məntiqsiz söz güləşdirmələri ancaq baş qatmaq, AXC-Müsavat iqtidarının rüsvayçı hərəkətlərinə bəhanə donu geyindirmək məqsədi güdürdü. Bu xülya ilə yaşayan cəbhəçilər yalnız özlərini aldadırdılar. Çünki Heydər Əliyev ölkədə gedən siyasi proseslərə elə bir şəffaflıq, aydınlıq gətirmişdi ki, artıq xalqı aldatmaq, kiminsə gözünə kül üfürmək mümkün deyildi.

Baş verən bütün hadisələrə, qanlı olaylara düzgün, tarixi bir siyasi qiymət verən Heydər Əliyev xalqı agah etdi - kimin kimliyi, hansı əməlin sahibi olması, üzə çıxmağa başladı. Heç bir güc strukturu, hərbi birləşmələri olmayan Heydər Əliyev yalnız xalqa arxalanırdı, ona bel bağlayırdı. Ona görə də xalqla açıq danışır, heç nəyi gizlətmir, xalqdan kömək umurdu. Məhz bu səmimiyyət, bu sədaqət Heydər Əliyev şəxsiyyətinə ümumxalq sevgisini daha da gücləndirir, ona bütün ordulardan daha çox güc verirdi.

Amma iyunun 23-də Milli Məclisin növbəti iclasında özlərinin və liderlərinin məntiqə və əxlaq normalarına sığmayan hərəkətlərindən utanıb çəkinmək əvəzinə, AXC-Müsavat cütlüyü yenə pozuculuq işini davam etdirirdi. Bütün bunlar bir daha göstərirdi ki, onlar neçə illərin çığır-bağır, hay-küy siyasətindən, şər-şantaj metodlarından əl çəkməyiblər. Həmişə bu yolla nəyəsə nail olan cəbhəçilər yenə də bu xülyalarla qara-qışqırıq salırdılar. Lakin onlar bir şeyi unudurdular ki, qarşılarındakı dünya siyasətində öz dəst-xətti olan Heydər Əliyevdir.

MİLLİ MƏCLİSİN 1993-CÜ İL 23 İYUN TARİXLİ İCLASINDAN

HEYDƏR ƏLİYEV (Ali Sovetin sədri): Əbülfəz Elçibəy ilə danışıqlar bir nəticə vermədiyinə görə, biz dünən bir addım da atmaq qənaətinə gəldik. Azərbaycanın hörmətli, nüfuzlu şəxslərindən - alimlərdən, ictimai xadimlərdən, mədəniyyət xadimlərindən bir qrupu Ali Sovetə gəldilər. Onlarla məsləhətləşdik. Onlardan rica etdik ki, gedib Əbülfəz Elçibəy ilə görüşsünlər, söhbət etsinlər. Bu şəxslərin əksəriyyəti akademiyada və digər elm ocaqlarında çalışan, Azərbaycan Prezidenti Əbülfəz Elçibəy ilə uzun müddət təmasda olmuş, bir yerdə işləmiş, bir-birinə hörmət edən adamlardır. Ona görə bu şəxslərin oraya getməsini biz faydalı bir addım hesab etdik və onları buradan yola saldıq. Dünən onlar getdilər. Gedib gecə çatıblar. Prezident Əbülfəz Elçibəy ilə görüşüblər, söhbət ediblər, gecə də geriyə dönüblər. Bu gün Ali Sovetdə onlarla görüşümüz oldu. Görüşün nəticələri haqqında qısa məlumat verdilər. Biz onları Milli Məclisin iclasına dəvət etdik. Çünki, ola bilər, onların bu barədə məlumatları Milli Məclisin üzvlərinə yardım etsin ki, bu məsələnin həll olunması yollarını tapaq.

Başıpozuqluq yaranıbdır. Qanun pozuntusu çox geniş yayılıbdır. Cürbəcür qüvvələr bu şəraitdən istifadə edirlər. Mən dünən bu barədə brifinqdə müəyyən məlumatlar verdim. Həqiqətən də, burada, Bakıda ağır şəraitdən istifadə edib bəzi təxribat niyyətlərini yerinə yetirən qruplar var. Biz bununla çox ciddi məşğul oluruq. Bizim müvafiq orqanlarımız bu işlərlə ciddi məşğuldur və şükrlər olsun ki, görülən tədbirlər bunların qarşısını ala bilibdir.

Bilirsiniz, vəziyyət bundan sonra bu cür davam edə bilməz. Gərək hər kəs bunu dərk etsin. Biz də, Milli Məclisin üzvləri də dərk edək, öz məsuliyyətimizi bir daha ölçək-biçək. Azərbaycanın Prezidenti Əbülfəz Elçibəy də gərək bunu dərk etsin. Vətəndaşlarımız da dərk etsinlər ki, belə bir vəziyyətdə əlavə çətinliklər yaratmaq lazım deyildir. Ona görə də bu gün, sadəcə olaraq, burada məsləhətləşərik. Əgər bizim bu məsləhətləşmələrimiz nəticəsində bir qərara gələ bilsək, o qərarı da qəbul edə bilərik. Əgər etiraz etmirsinizsə, dünən Azərbaycanın Prezidenti Əbülfəz Elçibəy ilə Kələki kəndində görüşən bizim alimlərin, mədəniyyət xadimlərinin nümayəndəsinə, - onların başçısı Elmlər Akademiyasının prezidenti Eldar Salayevdir, - söz verək, qısa məlumat versin. Ondan sonra, dəvət olunan başqa adamlar da öz təəssüratları haqqında deyə bilərlər. Sonra isə müzakirə edək ki, nə etmək lazımdır. Eldar müəllim, buyurun.

ELDAR SALAYEV: Hörmətli sədarət! Hörmətli millət vəkilləri! Dünən biz, 14 nəfər elm, mədəniyyət və incəsənət xadimi Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki kəndində olduq. Ən əvvəl onu demək istəyirəm ki, biz təyyarədən enəndən Kələki kəndinə qədər həm hərbçilər, həm də əhali tərəfindən çox böyük hörmətlə qarşılandıq. Ordubad rayonuna gəlib buraxılış vəsiqələri aldıqdan sonra birbaşa Kələkiyə gəldik. O anda respublikanın Prezidenti hörmətli Əbülfəz Elçibəy Türkiyə nümayəndələrini qəbul edirdi. Bu vaxt ərzində biz Ordubad camaatına məxsus qonarpərvərliklə qarşılandıq. Yəni çayımız, çörəyimiz oldu. Saat 11-dən saat 2.30-a qədər Əbülfəz bəyin qəbulunda olduq. Qəbul zamanı onun yanında müşavir Cəmil Həsənli və İsrail Musayev də var idi. Hörmətli Prezidentimizə bizim ilk sualımız bu oldu ki, nə üçün respublikanın ağır vəziyyətində heç kəsə xəbər etmədən iş yerini tərk etmisiniz? Bildirdik ki, xalq arasında böyük narazılıq yaranıb ki, siz şəxsi təhlükəsizliyinizin mühafizəsi və qan tökülməməsi üçün Bakını tərk etmisiniz. Əbülfəz bəy bizə dedi ki, bu, səhv məlumatdır. Mən yalnız respublikada qan tökülməməsi üçün Bakını tərk etmişəm.

Doğrudan çox çətin vəziyyətdə işləyən Əbülfəz bəydən, - baxmayaraq ki, onun iş otağında dünəndən telefaks və peyk rabitəsi işləyir, - “sizin yanınızda hərbi müşavir varmı, burada hərbi məsələləri müzakirə edə bilərsinizmi?” sualına “yox” cavabı aldıq. Soruşduq ki, bəs onda rabitə vasitəsilə bu məsələləri necə həll edir? Əlbəttə, bu, olduqca çox çətin məsələdir. Bu suala da lazımi cavab ala bilmədik. Çünki bu cür hərbi məsələləri belə rabitə ilə heç cür həll etmək olmaz.

Biz məsələni belə qoyduq ki, Əbülfəz bəy, əgər siz qan tökülməməsini istəyirdinizsə, siz orada olanda 5 nəfərin qanı töküləcəkdisə, indi, orada olmayanda yüzlərlə, bəlkə daha artıq adamın qanı tökülə bilər. Respublikanın Prezidenti kimi gərək siz iş başında olasınız. Dedi ki, onsuz da mən buradan da məsləhətləşmələr aparıram, lazım olan göstərişləri verirəm. Lakin biz bildirdik ki, xalq bunu hiss etmir və sizin fəallığınız duyulmur. Əgər Prezident kimi siz hesab edirsinizsə ki, burada işləmək üçün tam şərait var, nə üçün bu günə qədər heç bir fərman verilməyibdir?

Bir şeyi də deyim. Mən çox təəssüf etdim ki, əsas cavabları hörmətli Prezidentimizin məsləhətçiləri verirdi. Bu, çox təəssüf doğururdu. Yəni demək istəyirəm ki, hər məsələyə qarışırdılar. Biz məcbur olub dedik ki, bu məsələləri Prezident sizdən yaxşı dərk edir və cavab verə bilər.

Sual verdik ki, Bakıya nə vaxt qayıda bilərsiniz? Cavab belə oldu ki, nə zaman Bakı şəhərində Surət Hüseynovun qoşunları olmayacaq, mən onda Bakıya qayıda bilərəm.

ŞAİTDİN ƏLİYEV (Milli Məclisin deputatı): Hörmətli Eldar müəllim, çıxışınızda qeyd etdiniz ki, siz Prezidentlə danışan zaman onun yerinə müşavirləri cavab verirdi. Yəqin siz Prezidentə müraciət edə bilərdiniz ki, xahiş edirik, suallara özünüz cavab verəsiniz, müşavirlər müdaxilə etməsinlər. Prezidentə bu barədə söz dediniz, yoxsa yox?

ELDAR SALAYEV: Əlbəttə, biz Pezidentə müraciət etdik. Bunun nəticəsində biz əsas cavabı Prezidentdən aldıq. Hətta ümumi söhbətdən sonra Fikrət Sadıqov, Ramiz Rizayev və mən Prezidentlə 15 dəqiqə təkbətək söhbət etdik.

SOLTAN MƏMMƏDOV (Milli Məclisin deputatı): Hörmətli Eldar müəllim, məlumatınızda dediniz ki, Prezidentlə görüşdə verilən sualların əksəriyyətinə müşavirlər cavab verirdilər. Bunu elə başa düşmək olarmı ki, Prezident öz iradəsi ilə hərəkət etmir?

ELDAR SALAYEV: Mən qəti belə fikirdə olmamışam və ola da bilmərəm. Çünki mən Əbülfəz bəyi bir gün-beş gün deyil, 25-30 ildir tanıyıram. Əbülfəz bəyin özü də cavab verirdi. Lakin müşavirlər o cavablara müdaxilə edirdilər. Biz Cəmil Həsənlini də tanıyırıq, hörmətli alimimizdir, professorumuzdur. Amma etika tələb edir ki, böyük danışan yerdə vəzifəcə də, yaşca da ondan kiçik olanlar gərək normanı gözləsinlər. Əbülfəz bəy sualların hamısına çox aydın və çox təmkinli cavab verirdi.

TOFİQ ƏZİZOV (Baş nazirin müavini): Eldar müəllim, bir-birimizi neçə illərdir tanıyırıq. Sizə çox inanıram, dostumuzsunuz, qardaşımızsınız. Sizə belə gəlmədimi ki, o, orada özü girovdur?

ELDAR SALAYEV: Mən bunu qəti deyə bilmərəm. Çünki çox adam şübhə edirdi ki, mən də oradan qayıtmayacağam. Mən səhər saat altının yarısında gələndə evdə toy-bayram idi ki, səni girov saxlamayıblar.

TOFİQ ƏZİZOV: Eldar müəllim, siz hansı qəti qərara gəldiniz? Mən başa düşmədim, Prezident gəlmək istəyir, yoxsa gəlmək istəmir? Millətə rəhbərlik etmək istəyir, yoxsa istəmir? Axı o Prezidentdir, gərək onun qəti sözü olsun.

ELDAR SALAYEV: Tofiq müəllim, sualınızın ikinci hissəsinə cavab vermək istəyirəm. Mən həmişə etikanı gözləyən adam olmuşam. Mənim səlahiyyətim yox idi ki, Prezidentdən onun istefa verib-verməyəcəyini tələb edə biləm. Ona görə nümayəndə heyətinin bir tələbi var idi ki, siz Prezident kimi iş yerinizdə olmalısınız ki, bütün köməkçilərinizi başınıza yığıb xalqı bu böhran vəziyyətindən çıxara biləsiniz.

HEYDƏR ƏLİYEV: Yenə suallar varmı? Yoxdur. Sağ olun.

Onda Məclis üzvləri buyursunlar, kimin nə kimi təklifi var, vəziyyətdən nə cür çıxaq. Təkrar edirəm, biz iyunun 21-də toplaşdıq, qərar qəbul etdik, Azərbaycan Prezidenti Əbülfəz Elçibəyə müraciət etdik ki, Bakıya qayıtsın, iş yerinə qayıtsın və bu ağır vəziyyətdən çıxış yollarını birlikdə axtaraq, bərabər tədbirlər görək. Təəssüflər olsun ki, bizim bu müraciətimizə indiyə qədər cavab yoxdur. Yəni o mənada ki, Əbülfəz Elçibəy qayıtmayıbdır və bizə də cavab verməyibdir. Göndərdiyimiz nümayəndə heyətinə deyib ki, - Eldar Salayev sizə bildirdi, - mən hələ Bakıya qayıtmayacağam. Belə olan halda nə etmək lazımdır? Etibar Məmmədov, buyurun.

ETİBAR MƏMMƏDOV \Ali Sovetin deputatı\: Azərbaycanda indi tam anarxiya və xaos başlayıb, Prezident iş yerini qoyub gedib, ucqar kəndlərdən birində oturubdur. Azərbaycan faktiki olaraq idarə edilmir. Belə vəziyyətdə Prezident nə istefa verir, nə də öz işinin icrası ilə məşğul olur. Azərbaycanda olan hakimiyyətsizlik yerlərdəki hakimiyyətsizliklə müşayiət olunur. Bu, Azərbaycan dövlətçiliyi üçün çox böyük təhlükə yaradır. Biz indi bunun haqqında fikirləşməliyik.

Bəli, indi Prezident nə istefa verir, nə işləmək istəyir, nə də səlahiyyətlərini başqa bir adama verir. İndi nə etməliyik? Əbülfəz Elçibəy bütün dünyaya elan edir ki, mən istefa verməmişəm, səlahiyyətlərim də özümdədir. Bunun axırı nə olacaq? Bəs Azərbaycanı kim idarə etməlidir? Konstitusiyaya görə bizdə bütün səlahiyyətlər Prezidentin əlində cəmlənib. Prezident özünü bu işlərdən kənar qoyandan sonra biz indi fikirləşməliyik ki, bu vəziyyətdən necə çıxaq. İş o yerə çatıbdır ki, cinayətkar ünsürlər bu vəziyyətdən istifadə edirlər. Həm yerlərdə, həm də dövlət səviyyəsində olan cinayətkarlar üçün yaxşı şərait yaranıbdır.

Son günlərdə Azərbaycanın yüz milyonlarla vəsaiti xarici banklara keçirilir. Ölkədəki hakimiyyətsizlik davam edərsə, onsuz da ağır vəziyyətdə olan Azərbaycan müflisləşəcəkdir. Bunun qarşısını almaq üçün Azərbaycanda hakimiyyət bərpa olunmalıdır. İndi gərək biz bu məsələni müzakirə edək. Təklif edirəm ki, müzakirələr bu məsələ ətrafında getsin. Gərək biz bugünkü iclası mövcud vəziyyətdən çıxmaq barədə qərarla başa çatdıraq.

MURAD AŞUROV (Ali Sovetin deputatı): Hörmətli sədr, hörmətli deputatlar. Surət Hüseynov haqlı olaraq öz narazılığını bildirir. Neçə gündür müzakirələr gedir, amma konkret heç bir qərar qəbul olunmur. Bu gün Surət Hüseynov respublikada real qüvvədir. Onun təklifləri yerinə yetirilməlidir. Onun birinci təklifi Prezidentin istefasıdır.

Prezident çox düzgün addım atmış, qan tökülməsinin qarşısını alaraq, öz vəzifəsini könüllü tərk etmişdir. Lakin respublikanı bu ağır vəziyyətə salan Prezident komandası bu hərəkətlə heç cür razılaşa bilmir. Niyə, nə üçün? Çünki institut auditoriyalarından birbaşa yüksək dövlət vəzifələrinə təyin edilən, vəzifənin ləzzətini dadan, avtobuslardan birbaşa “Mersedes”lərdə oturanlar Prezidentdən əl çəkmək istəmirlər.

Prezidentin hörmətli komanda üzvləri, əgər Prezident hara getdiyini hətta komandasının ən yaxın üzvlərinə belə bildirməyibsə, deməli, o, sizin əlinizdən gedibdir. Burada çoxlu əsassız dəlillər gətirdilər. Guya Prezident xaricə getsəyidi, məsələ həll oluna bilər. Deməli, belə çıxır ki, Prezident Dərbəndə getmiş olsaydı, - Bakıdan Dərbəndə iki saatlıq yoldur, - demək, bununla da məsələ həll olunardı. Ancaq Prezident təyyarə ilə iki xarici ölkənin üzərindən ucub, Naxçıvanın ucqar kəndlərindən birinə gedibdir və oradan Azərbaycanı “idarə edir”. Fikrimcə, bu məsələ belə həll olunmalıdır: Prezident qayıdana qədər onun bütün səlahiyyətləri Ali Sovetin sədrinə verilməlidir.

Surət Hüseynovun ikinci tələbi Ali Sovetin sessiyasının çağırılmasıdır. Hüseynovun tələbinə qədər biz, 137 deputat müraciət etmişik ki, Ali Sovetin sessiyası çağırılsın. Yazmışıq ki, çox hörmətli Prezident, çox hörmətli Ali Sovetin sədri, xahiş edirik ki, respublikamızda yaranmış vəziyyəti müzakirə etmək üçün sessiya çağrılsın. Yəqin siz bilirsiniz, Ali Sovetin rəhbərləri və Prezident komandasının bəzi üzvləri respublika prokuroruna göstəriş veriblər ki, bu deputatlara divan tutmaq lazımdır. Baş prokurorun göstərişi ilə bizim evlərimizə zəng edirlər, prokurorluğa çağırırlar, hədələyirlər ki, biz guya dövlət çevrilişi edirik. Mən başa düşə bilmirəm ki, dünya tarixindən hansı ölkədə xahişlə dövlət çevrilişi olub? Axı biz xahiş edirik ki, sessiya çağırılsın. Azğınlaşmış prokurluq işçiləri hətta işi o yerə gətirib çıxarıblar ki, mənimlə bərabər 9 nəfərin həbs olunması üçün sanksiya veriblər.

Hörmətli bəylər, bütün dünyaya elan etmisiniz ki, hüquqi dövlət qurursunuz. Hansı hüquqi dövlətdən danışırsınız ki, Ali Sovetin deputatları sessiya çağırılmasını tələb edirlər, siz isə buna görə bizim haqqımızda cinayət işi qaldırırsınız?

Hörmətli deputatlar, bu gün Azərbaycan Prokurorluğu 1983-1988-ci illərdə xalqa qarşı törədilmiş genosid siyasətini davam etdirir. Həmin illərdə necə deyərlər, “sapı özümüzdən olanlar” pambıq əməliyyatı məsələsini bəhanə edərək, 500 nəfər günahsız azərbaycanlını həbs etdilər. 1990-cı ildə qanlı yanvar hadisələrinə görə Moskvadan bir “sağ ol” almaq üçün 200 nəfərdən artıq adam tutuldu, bir neçəsinə güllələnmə verildi. Bütün bu məsələlər Ali Sovetin sessiyasında müzakirə olunmalıdır. Sessiyanın çağırılması həm də Surət Hüseynovun, Gəncə camaatının tələbidir. Çünki Gəncə hadisələrinə siyasi qiymət verilməlidir.

SAHİB ƏLƏKBƏROV (Ali Sovetin deputatı): Hörmətli sədr, hörmətli xalq deputatları. Doğrudan da indi hamını daha çox narahat edən suallardan biri ölkədə yaranmış bu vəziyyətin nə qədər davam edəcəyidir. Biz çox acınacaqlı vəziyyətə düçar olmuşuq. Respublikanın Prezidenti ölkədə hər gün dəyişən vəziyyətə görə öz iqamətgahını tərk edib getmişdir. Əgər Prezident öz iqamətgahını könüllü tərk etmək məcburiyyəti qarşısında qalırsa, o, ölkəni idarə etmək üçün lazımi şərait, imkan olan bir yerə getməlidir. Mənim bildiyimə görə, Kələki kəndində belə bir imkan yoxdur. Bu, o deməkdir ki, Kələkidən ölkəni idarə etmək mümkün deyildir.

Prezidentin getməsinin səbəblərindən danışanda, əvvəlcə, başqa cür məlumat verilmişdi. İndi isə çıxış edən yoldaşlar ayrı məlumat verdilər. Məni bir sual narahat edir. Əgər belə idisə, nə üçün Prezident televiziya ilə xalqa müraciət etmədi və gedişinin əsl səbəblərini açıqlamadı? Prezidentin ətrafında olan adamlar nə vaxta qədər təkcə Milli Məclisi deyil, 7 milyonluq Azərbaycan xalqını bu vəziyyətdə saxlayacaqlar?

Respublikada yaranmış bu böhranın bünövrəsini icra hakimiyyəti qoyub, yəni böhran icra hakimiyyətindən başlayıbdır. Maraqlı və təəccüblü odur ki, məsələlərin həlli yollarını qanunvericilik hakimiyyətindən tələb edirlər. Əgər lazımi tədbirlər görməyə onların hüquqları çatmırsa, qanunvericilik hakimiyyəti müəyyən ölçü götürməlidir.

Hörmətli akademik Eldar Salayevin çıxışından mənə məlum oldu ki, cənab Prezident vəzifəsini öz iqamətgahında yerinə yetirmək üçün iki şərt qoyub. Birinci şərt ondan ibarətdir ki, Surət Hüseynovun qoşunları Bakıda olmamalıdır. İkinci şərt onun təhlükəsizliyinə təminat verilməsi ilə bağlıdır. Mənə elə gəlir ki, birinci şərt artıq yerinə yetirilmiş sayıla bilər. Çünki mənim bildiyimə görə, Bakıda Surət Hüseynovun qoşunları yoxdur. İkinci məsələ ilə əlaqədar təklifim belədir: güc nazirliklərinin bu gün Prezidentə tabe olmasına baxmayaraq, Milli Məclis hörmət və ehtiram, milli barışıq xatirinə belə bir qərar qəbul etsin ki, güc nazirlikləri öz məsuliyyətlərini unutmayaraq, Prezidentin təhlükəsizliyini təmin etməlidirlər.

Mənim bir sualım da var. Yəqin ki, cənab Prezident də, başqaları da bu sualı özlərinə verirlər və verməlidirlər. Bizim ölkəmizdə müharibə gedir. Müharibə zonasında bir əsgər qulluq etdiyi hissəni icazəsiz tərk edib başqa yerə gedərsə, onu fərari adlandırırlar və ona qarşı lazımi tədbirlər görürlər. Ali Baş Komandan da əsgərdir. Bəs onun haqqında hansı tədbir görülməlidir? Xalqın nə düşünəcəyi, şübhəsiz, onu narahat etməlidir.

ETİBAR MƏMMƏDOV: Burada əsas məsələnin müzakirəsinə ayrı-ayrı məsələlər qatılır. Azərbaycanda indi hakimiyyət yoxdur. Konstitusiyaya görə bütün səlahiyyətlər Prezidentin əlindədir. İndiki Prezident həmin səlahiyyətləri yerinə yetirməkdən faktiki olaraq imtina edibdir, nə istefa verir, nə səlahiyyətləri yerinə yetirir. Prezident bu hərəkəti ilə Konstitusiyanı pozur. Bəli, o, Konstitusiyada irəli sürülən vəzifələrini bilərəkdən yerinə yetirmir. Belə olan halda biz necə hərəkət etməyimizi müzakirə etməliyik. Azərbaycan nə vaxta qədər hakimiyyətsiz qala bilər. Prezident gəlib öz vəzifəsini yerinə yetirməlidir. Milli Məclisin bu barədə müraciəti var. Prezident bu müraciətə cavab vermir. Əgər Prezident bu cür hərəkət etməsinin səbəblərini camaata, xalqa, Milli Məclisə izah etmirsə, deməli, Məclis özü müəyyənləşdirməlidir ki, o, hansı səbəbdən öz səlahiyyətlərini icra edə bilmir.

Belə məlum olur ki, Prezident öz səlahiyyətlərini bilərəkdən yerinə yetirmir. Bu da Konstitusiyanın pozulması kimi qəbul oluna bilər. Mən yenə də təklif edirəm ki, müzakirə bu istiqamətdə getməlidir. Biz indi hansı qərarı qəbul etməliyik? Bax, bu gün biz bunu müəyyənləşdirməliyik.

HEYDƏR ƏLİYEV: Mürşüd Məmmədov.

MÜRŞÜD MƏMMƏDOV /Milli Məclisin Deputatı\: Mən belə hesab edirəm ki, burada çıxış edən deputatlar haqlı olaraq narazılıqlarını bildirirlər ki, Azərbaycan dövlətçiliyi təhlükə altındadır. Söhbət bir nəfərdən - dövlət başçısından getmir. Bu gün dövlət başçısının istefasını qoymaq olar. Bu, asan yoldur? Ancaq görək biz Azərbaycan dövlətçiliyini necə xilas edəcəyik?

Burada kəskin tələblər irəli sürülür. Nəzərə almaq lazımdır ki, hər bir kəskin tələb yeni problemlər doğura bilər. Bunun da ziyanı millətə, xalqa, Azərbaycan dövlətçiliyinə dəyəcək.

Çox arzu edərdim ki, - mən heç kəsə öyüd-nəsihət vermək fikrində deyiləm, - biz bu gün burada dövlətçiliyimiz mövqeyindən danışaq. Siyasi partiyaların liderləri, Milli Məclisin üzvləri, başqa ictimai xadimlər bu gün buradadırlar. Çox xahiş edirəm, danışanda konkret təkliflər irəli sürək. Mənim fikrimcə, Milli Məclis bu gün qərar qəbul etsə, qərarın birinci bəndi bundan ibarət olmalıdır: Ali Sovetin sədri hörmətli Heydər Əliyevə tapşırılsın ki, yaxın üç gün ərzində üçlüyün görüşünü təşkil etsin. Heydər Əliyev zəngin həyat təcrübəsinə malik bir şəxsdir və bu görüşü keçirməyə qadirdir.

RƏHİM QAZIYEV: Hörmətli millət vəkilləri, Milli Məclis geniş diskussiyalar aparır. Milli Məclis son iki, üç ildə özünü o qədər hörmətdən salıb ki, bu gün çıxardığıl qərarla səhəri gün özünə hansı zərbə vurduğunu da hiss etmir.

 

Mürşüd müəllim, iki gün bundan qabaq bir qərar çıxarmışdınız ki, Prezident qayıtsın. Demək, həmin qərar bu gün heç vecinizə də deyildir. Prezidentin yanına gedib qayıdanlar da o qədər ehtiyatla danışırlar ki, birdən o qayıdar, birdən bu tərəf hakimiyyətə gələr. Belə şey olarmı?

Xalqımızın taleyi karta qoyulubdur. İndi məsələ qaldırırlar ki, Prezidentin təhlükəsizliyi təmin olunsun. Mən onun təhlükəsizliyi üçün heç bir təminat vermirəm. Qurana əl basıb, xalqı ağır vəziyyətdən çıxarmağa o söz verib, mən söz verməmişəm. Heç kimin xətrinə dəyməsin, bu gün buradan çıxandan sonra hər kəs öz evində, öz işində olacaqdır. Mən isə gecə səhərə kimi fırlanıram. Deyirsiniz ki, Prezidentlə Surət Hüseynov görüşsün. Əşi, dünyanı bizə güldürməyin.

Əbülfəz Elçibəy respublikanın Prezidentidir. Surət onun fərmanı ilə yüksək vəzifələr almış, Azərbaycanın Milli Qəhrəmanı olmuş qeyrətli oğullardan biridir. Bu fəlakət törənəndə lap ölüm olsaydı belə, Prezident onunla görüşməli idi. Heç olmasa, onda o, tarixdə Kələkiyə qaçıb getmiş adam kimi yox, böyük bir şəxsiyyət kimi qalardı.

Biz məsələni bu gün burada həll edib getməliyik. Əgər həll etməsək, buradakı deputatlar əl qaldırıb sabahkı fəlakət üçün məsuliyyəti öz üzərlərinə götürməlidirlər. Vəziyyət getdikcə gərginləşir. Dünən Tofiq Qasımov Surət Hüseynovun yanında olub, Surət konkret fikrini deyibdir. Bundan sonra Prezidentlə Surət Hüseynovun görüşməsi gecdir. Özümüzü aldatmağın vaxtı keçibdir. Bu gün Prezidentə etimad məsələsi qoyulmalıdır.

İBRAHİM İBRAHİMLİ \Milli Məclisin deputatı/: Hörmətli sədr, hörmətli millət vəkilləri. Bu gün Prezidentə etimadsızlıq göstərilməsi nə hüquqi baxımdan, nə də siyasi baxımdan düzgün deyildir. Əvvəla, gərginləşmiş vəziyyətdən artıq müəyyən çıxış yolları tapılır. Yəni respublikamızın hörmətli ziyalıları Prezident Əbülfəz Elçibəyin yanına gedib gələndən sonra konkret olaraq müəyyən təkliflərlə çıxış etdilər.

Hörmətli Eldar Salayevə sual veriləndə ki, siz çıxış yolunu nədə görürsünüz, o, ziyalılar qrupunun fikrini bəyan etdi ki, biz çıxış yolunu Əbülfəz Elçibəylə Surət Hüseynovun görüşündə görürük. Bu fikir başqa maraqlarla yaşayan adamların mənafeyinə toxunduğuna görə, kəskin reaksiya ilə qarşılandı.

Hörmətli Etibar bəy, Konstitusiyanın 121-ci maddəsinin 7-ci bəndində yazılıb ki, Prezident toxunulmazdır. Əgər Prezident Konstitusiyanı və qanunları pozarsa, Konstitusiyaya Nəzarət Komitəsinin rəyi nəzərə alınmaqla, Ali Sovetin deputatlarının üçdə ikisinin iştirakı ilə məsələyə baxmaq olar. Prezident nə qanunu pozur, nə də Konstitusiyanı. Prezidentin atdığı bu addım müəyyən qüvvələrin Azərbaycanı vətəndaş müharibəsinə çəkməsindən xilas etdi. Tarix Prezidentin atdığı bu addımın qiymətini verəcəkdir.

TAMERLAN QARAYEV \Milli Məclis sədrinin müavini\: Vəziyyətin belə inkişafı bizim heç birimizi məsələdən kənara qoya bilməz. Mən çox çalışdım ki, məsələni tam aydınlaşdıraq, çıxış yollarını müəyyənləşdirək, sonra başqa məsələləri müzakirə edək.

Ancaq bu mövqeyim yanlış başa düşüldü. Bu məsələyə düzgün istiqamət vermək cəhdlərim əbəs oldu. Indi istəyərdim ki, biz məsələnin düzgün həlli yollarını tapaq.

Gəncə hadisələri,- hamınızdan üzr istəyirəm,- yetişmiş bir çiban idi, açıldı. Bu ərəfələrdə gedən siyasət haradasa öz nəticəsini verməli idi. Gəncə hadisəsi oldu. İndi cərəyan edən bütün hadisələrin hamısını Gəncə hadisələri ilə bağlamaq düzgün deyil. Gərək biz reallıqdan çıxış edək. Məsələnin həllini yalnız qanun çərçivəsində axtaraq. Mənə elə gəlir, artıq hamımız üçün aydın oldu ki, Əbülfəz Elçibəy özünü bir Prezident kimi apara bilmədiyini sübut etdi.

Prezidentin fəaliyyətinin yüz günündə mən öz fikirlərimi mətbuatda açıq şəkildə bildirmişdim. Onun yüz günlük fəaliyyətini tənqid etmişdim. Mən yalnız iki cəhətinə görə onu tərifləmişdim: birincisi, Xalq Cəbhəsi hakimiyyətə gəldiyi zaman vətəndaş qarşıdurmasının qarşısını aldığına, ikincisi, cəbhədəki uğurlarımıza görə. Sonrakı dövrdə bu iki nailiyyət də puça çıxdı. Azərbaycan real vətəndaş müharibəsi ilə üz-üzə dayanıb, artıq qan da tökülüb, cəbhədə də ciddi qüsurlar baş veribdir.

Nəhayət, Əbülfəz bəyin öz kəndinə getməsi. Mən həmin xəbəri Ağdamda eşitdim, bu barədə öz fikrimi mətbuatda bildirdim. Prezidentin bu hərəkətini də bəyənmədim. Bəyənmədim ona görə ki, əgər Prezident mətbuatda bildirdiyi kimi, Bakıda qan tökülməsinin əleyhinə idisə, onun qarşısını almaq istəyirdisə, o, Kələkiyə yox, gərək Ağdama gələydi. Baş komandan kimi öz əsgərləri ilə erməni düşmənlərlə qarşı-qarşıya dursaydı. Azərbaycanda elə bir adam tapılmazdı ki, Prezidentə arxadan güllə atsın. Prezident erməni gülləsi ilə həlak olsaydı, onun adı Azərbaycan tarixinə şərəf gətirərdi. Bizim balalarımız, nəvələrimiz dərsliklərdə onun adını oxuyub fərəhlənərdilər. Azərbaycanın çətin anında üzə çıxan qəhrəmanları kimi, Əbülfəz Elçibəy də ölkəmizin tarixində yaşayardı. O isə öz kəndinə getdi.

Mən Ağdama getməmişdən qabaq Fərəc bəyə dedim ki, sən Bakıya özünlə silahlı qüvvə gətirmisən ki, Prezidenti qoruyasan. Başa düşməlisən ki, Bakıda qan tökülməməlidir. Heç birimiz canımızın bahasına da olsa, buna imkan verməyəcəyik. Mən ona təklif etdim ki, silahlı qoşunlarını yığ, mənimlə birlikdə gedək Ağdama, Prezidenti tək, tamamilə mühafizəsiz qoy. Heç kəs, hətta Surət Hüseynovun özü belə, mühafizəsiz Prezidentə “qaşın üstə gözün var” deyə bilməz. Siz Afdama getsəniz, mən Surət bəyi inandıraram, o da qoşunlarını götürüb gedər. Müharibədə düşmənə qarşı birgə vuruşmağımız bizi barışdırar. Amma buna qulaq asmadılar. Mən eşitdim ki, Prezident Ordubada gedibdir.

İndi burada iki əsas məsələ müzakirə olunur. Onlardan birincisi, Prezidentin istefası məsələsidir. Artıq təkliflər eşidilir ki, qərar layihəsi səsə qoyulsun. İkincisi, Ali Sovetin sessiyasının çağrılmasıdır.

Prezidentin istefası qanuni şəkildə olmalıdır. Əbülfəz bəy də mitinqlərdəki çıxışlarından birində demişdir ki, məni Prezidentlikdən yalnız referendum yolu ilə geri çağıra bilərsiniz.

Mənə belə gəlir ki, yeni parlamentə seçkilərlə eyni vaxtda referendumu təyin edə bilərik. Əgər referendumda Prezidentə etimadsızlıq bildirilsə, onda Azərbaycana tam legitim bir orqan lazımdır, o da yeni seçilmiş Milli Məclis ola bilər.

Referendum və yeni seçkilər keçirilənə qədər biz qanun qəbul etməliyik. Bu qanun əsasında Prezidentin bütün icra səlahiyyətlərini müvəqqəti olaraq hökumətə verməliyik. Buna qədər biz Nazirlər Kabinetinin başçısı məsələsini də həll etməliyik. Dövlət başçısına xas olan qalan səlahiyyətləri parlamentin spikerinə verməliyik.

Nəhayət, Baş komandan vəzifəsini bu saat fiziki olaraq Surət Hüseynov həyata keçirir. Biz onu hüquqi cəhətdən qanuniləşdirə bilərik. Bilirsiniz ki, mən sessiya keçirilməsinin həmişə əleyhinə çıxmışam. Ona görə ki, bizim Milli Məclisdən kənarda qalan deputatlarımız onsuz da gəlib iclaslarda iştirak edərək sözlərini deyirlər. Əgər Surət Hüseynov sessiyanın çağırılmasını tələb edirsə, onda bu həftə qurtarmamış sessiya çağırılmalıdır.

ETİBAR MƏMMƏDOV: Biz bir faktın şahidiyik ki, Prezident bu gün öz səlahiyyətlərini icra etmir. Mənim fikrimcə o, bunu bilərəkdən edir, icradan boyun qaçırmaqla Konstitusiyanı pozur. Biz indi Məclisin qərarını çıxarmalıyıq ki, Prezident öz vəzifəsini icra edə bilmir. Konstitusiyanın 121-ci maddəsinin 7-ci bəndinə əsasən sonrakı qərarı verməliyik.

Prezident icradan kənarlaşdırıldıqdan sonra isə başqa məsələlərin həllini müzakirə edə bilərik. İndi Xalq Cəbhəsi bəyanat verir ki, bizi qorusunlar. Sizi qorumaq Prezidentin vəzifəsidir. Prezident də gedib oturub kənddə, nə sizi qoruyur, nə də bizi.

HEYDƏR ƏLİYEV: Bizim iclas zamanı Ordubaddan Əbülfəz Elçibəy telefon etdi. Afiyəddin Cəlilov Prezident Əbülfəz Elçibəy ilə danışıbdır. O, bu barədə məlumat versin.

AFİYƏDDİN CƏLİLOV: Azərbaycan Prezidenti Əbülfəz Elçibəy Heydər Əliyevə zəng etmişdi. Heydər bəy Məclisi apardığına görə, onunla danışmağı mənə həvalə etmişdi. Mən Azərbaycan Prezidenti Əbülfəz Elçibəylə telefon vasitəsilə təmasda oldum. İndi məlumatı sizə çatdırıram.

Əbülfəz bəy dedi ki, o, Milli Məclisin iclasına baxır və xahiş etdi ki, onun sözlərini sizə çatdırım. “Mən Milli Məclisin qərarını - onun Bakıya qayıtması haqqında qərarını - bu gün axşam almışam. İndi düşünürəm, fikirləşirəm və sabah mənim yazılı cavabım Milli Məclisə təqdim olunacaqdır. Prezidentin ixtiyarı var, ölkənin hər bir bölgəsindən öz dövlətinə rəhbərlik etsin. Xahiş edirəm, bunu Milli Məclisin üzvləri ora-bura yozmasınlar. Mənim dövlət orqanları ilə - müdafiə, milli təhlükəsizlik, daxili işlər nazirlikləri, sərhəd bölgələri icra hakimiyyətinin başçıları ilə əlaqəm var və hər gün zəruri göstərişlərimi verirəm. Təkrar edirəm, Milli Məclis üzvləri yaranmış vəziyyəti ora-bura yozmasınlar”.

APARICI: Ayın 20-də keçirilən iclasda qərara alındı ki, bir daha Kələki ilə əlaqə saxlanılsın və ertəsi gün müzakirələr davam etdirilsin. Iyunun 24-də Milli Məclis yenidən bu mövzuya qayıtdı.

Gözləmək olardı ki, artıq neçə gündür davam edən iclasda geniş ictimaiyyətin qarşısında özlərini qınaq və gülüş obyektinə çevirən Cəbhə-Musavat yetkilləri nəhyayət, hoqqabaz əmllərindən əl çəkəcək, konstruktiv mövqe tutacaqlar. Amma belə olmadı, yenə də dayaz çıxışlar, gülünc səhnələr.

Yəqin ki, ölkə və parlament bu siyasi məzhəkəçilərin hərəkətlərinə çox dözə bilməzdi. Çünki naşı bir hərəkət, bişməmiş bir söz vəziyyəti təzədən gərginləşdirə bilərdi. Bunu gözəl bilən Milli Məclisin üzvləri öz qəti sözlərini dedilər.

MİLLİ MƏCLİSİN 1993-CÜ İL 24 İYUN TARİXLİ İCLASINDAN XRONİKA

HEYDƏR ƏLİYEV:Mən sizə bildirdim ki, fasilə vaxtı Əbülfəz Elçibəylə danışıqlar aparılıbdır. Tamerlan Qarayev, Afiyəddin Cəlilov onunla danışıqlar aparıblar. Bəlkə əvvəlcə bu şəxsləri dinləyək , onlar apardıqları danışıqlar haqqında məlumatlar versinlər. Ondan sonra fikir mübadiləsi aparaq. Etiraz yoxdur ki?

VAHİD ƏHMƏDOV\BAŞ NAZİRİN BİRİNCİ MÜAVİNİ\: Milli Məclisin tapşırığı ilə mən və Afiyəddin bəy Əbülfəz Elçibəylə telefonla danışdıq. Milli Məclisdəki ümumi əhval-ruhiyyə ilə onu tanış etdik. Gəncə hadisələri ilə bağlı məlumat verdik. Bildirdik ki, Milli Məclisin əksər üzvləri Əbülfəz Elçibəyin istefasını tələb edirlər. Bu məsələyə Əbülfəz Elçibəyin rəyini bilmək istəyirlər.

Əbülfəz Elçibəy dedi ki, istefa vermək fikrində deyil. Ancaq özü müəyyən səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə verə bilər. Bundan başqa, dedi ki, Gəncə hadisələri ilə əlaqədar mənim artıq məlumatım var. Çalışacağam ki, Gəncədə həlak olanların valideynlərinə, yaxınlarına başsağlığı verim.

Bir də qeyd edirəm ki, Əbülfəz Elçibəy dedi ki, mənim istefa vermək fikrim yoxdur. Yalnız millət vəkillərinin tələbi ilə istefa verən deyiləm.

TAMERLAN QARAYEV: MƏNİM Əbülfəz Elçibəylə telefon danışığım oldu. Əbülfəz bəy əvvəlcə hadisələrlə maraqlandı. Mən məlumat verdim. Ondan sonra soruşdum ki, fikri nədir? Onda dedi ki, onun fikri, məktubda göstərdiyi kimi, səlahiyyətlərinin bir hissəsini Ali Sovetin sədrinə verməkdir. Mən ona bildirdim ki, Əbülfəz bəy, Gəncədə artıq terrorlar başlayıbdır. Bu, ölkənin başqa yerlərinə də keçə bilər. Əbülfəz bəy bildirdi ki, bu vəziyyətə çox təəssüflənir. Soruşdum ki, onun istefaya getməsinə münasibəti? Dedi ki, mən bu barədə hələ qərar qəbul etməmişəm. Yalnız səlahiyyətlərimin bir hissəsini Ali Sovetin sədrinə vermək qərarına gəlmişəm. Bu qədər.

AFİYƏDDİN CƏLİLOV: Mən də Azərbaycanın prezidenti Əbülfəz Elçibəylə telefon danışıqları apardım.

Söhbətimizin əsas məğzi ondan ibarət oldu ki, Gəncədə üç nəfərin qətlə yetirilməsi ilə əlaqədar Milli Məclisdə, o cümlədən respublikanın bir sıra bölgələrində böyük gərginlik yaranıb. Respublikada ictimai-siyasi vəziyyət son həddə çatıb.

Əbülfəz bəy qeyd etdi ki, mən indi Gəncədə baş vermiş hadisələri araşdırıram. Qətlə yetirilənlərin ailələrinə və yaxınlarına başsağlığı verməyə hazırlaşıram. O ki qaldı mənim istefam haqqında, orada səslənən fikirlərə və Rəhim Qazıyevin mənim adımdan sizə çatdırdığı məsələlərə, mən bir daha bəyan edirəm ki, istefa verməyə hazırlaşmıram. Bu haqda düşünməmişəm. Mən səlahiyyətlərimin bölüşdürülməsi üzərində işləyirəm. Bir neçə saatdan sonra həmin sənədlər mənim fərmanım formasında Milli Məclisə çatdırılacaqdır.

ŞADMAN HÜSEYNOIV \ALİ SOVETİN DEPUTATI\: Mən belə hesab edirəm ki, bu məsələni uzatmağa ehtiyac yoxdur. Əlavə müzakirəyə də ehtiyac yoxdur. Qərar layihəsi var, həmin qərar layihəsini səsə qoyaq, millət vəkilləri öz münasibətlərini bildirsinlər. Çünki hər dəqiqənin bir hökmü var. Ona görə də, hörmətli Heydər bəy, vaxtı uzatmağı Azərbaycan xalqı sabah bizə bağışlamayacaq. Birincisi, qeydiyyatdan keçək. Əgər yetərsay varsa, qərar layihəsini səsə qoyun. Çünki bir sutkadır ki, bu məsələ müzakirə edilir.

HEYDƏR ƏLİYEV: Qeydiyyatdan keçib 38 nəfər. 38 nəfər məclis üzvü iştirak edir. Ancaq bilirsiniz, əlbəttə ki, qərar layihəsini səsə qoymaq olar. Ancaq biz Əbülfəz Elçibəyin cavabını aldıq. Azərbaycan Prezidentinin cavabına münasibət bildirilməlidir.

ŞADMAN HÜSEYNOV: Heydər bəy, mən belə başa düşürəm ki, - bu mənim şəxsi fikrimdir - millət vəkilləri bu fikrə şərik olarlar, cavab çox gec gəlibdir. Bu cavab ayın 21-də verilməli idi, bu gün ayın 24-dür. Onun heç bir mənası yoxdur. Bu səbəbdən həmin cavabın müzakirəsinə ehtiyac da qalmır. Bir daha təkrar edirəm, qərar layihəsini səsə qoyun, millət vəkilləri öz münasibətlərini bildirsinlər.

HEYDƏR ƏLİYEV: Əgər Azərbaycanın prezidenti Əbülfəz Elçibəy Milli Məclisin müraciətinə cavab veribsə, qısa da olsa, - mən demirəm, burada bəziləri kimi hərə 20 dəqiqə nitq söyləsin, - bir-iki kəlmə ilə, bir dəqiqə, iki dəqiqə ilə buna münasibət bildirmək lazımdır.

Buna münasibət bildirilməsə, mənə belə gəlir ki, qərar layihəsinə keçmək, yaxud başqa məsələyə keçmək düz olmaz. Çünki bizim qərar layihəsi dünən verilmişdi və mən məclisdən xahiş etmişdim ki, - çox təşəkkür edirəm məclisə ki, mənim xahişimi qəbul etdilər, i- bu günə keçsin. Sonra Əbülfəz Elçibəyin xahişi ilə məclisin iclasını saat 3-dən 5-ə keçirdik. Ancaq təəssüf ki, sonra dedi saat 6-ya keçirin, 6-da olmadı, nəhayət, saat 10-a yaxın, yaxud 10-un yarısında onun cavabını aldıq. Bu cavab alınıb, indi buna bir münasibət bildirilməlidir, yoxsa, yox?

 

ARİF RƏHİMZADƏ: Hörmətli sədr, hörmətli millət vəkilləri! Mən respublikanın prezidenti Əbülfəz Elçibəyin bizə göndərdiyi bəyanatı ilə əlaqədar öz fikrimi bildirmək istəyirəm. Mən uzun-uzadı söhbət açmaq istəmirəm, çıxışımı onun iki əsas müddəası üzərində qurmaq istəyirəm.

Birincisi, prezident Əbülfəz Elçibəy son vaxtlar çalışır ictimaiyyət arasında belə bir fikir yaratsın ki, - bunu bəyanatında da qeyd edir - o respublikaya rəhbərlik edir. Mənim onun səmimiyyətinə inanmamağa heç bir əsasım yoxdur. Yəqin o, həqiqətən, belə fikirləşir ki, respublikaya rəhbərlik edir. Mən bunu onunla izah edirəm ki, bizim hörmətli prezidentin respublikaya rəhbərlik etmək, onu idarə etmək haqqında təsəvvürü o qədər dar, o qədər cüzidir ki, yəqin hesab edir ki, oradan zəng edib burada kiminlə danışırsa, bu rəhbərlik deməkdir.

İndiki halda 20-24 rayonun icra hakimiyyəti başçısı yoxdur. Bilirsiniz ki, necə gərgin vəziyyət yaranıb. Taxıl yığımı, yem tədarükü başlanıbdır. Rəhbərlik olmaması üzündən rayonlar demək olar, başlı-başınadır. Bu vəziyyətə qısa müddətdə son qoyulmalıdır. Rayonlarda icra hakimiyyətinin başçısı vəzifəsi kiməsə həvalə olunmalıdır. Bilirsiniz ki, Surət Hüseynovun adı gələn kimi, bir çoxları iş yerlərini qoyub qaçıblar. Bu məsələlər necə həll olunacaqdır? O, elə hesab edir ki, bu vəziyyət uzun müddət davam edə bilər.

Prezident Əbülfəz Elçibəy təklif edir ki, səlahiyyətlərinin bir hissəsini Ali Sovetin sədrinə verəcək. Əvvəla, bu müddəa Konstitusiyaya tamamilə ziddir. Prezident öz səlahiyyətlərini heç kəsə verə bilməz. Belə bir şey yoxdur. Ümumiyyətlə, prezidentin səlahiyyətləri bölünməzdir. Nəyi isə verirəm, nəyi isə saxlayıram söhbəti ola bilməz. Odur ki, bu müddəa heç bir zaman qəbul edilə bilməz. Bu gün söhbət yalnız prezidentin istefasından gedə bilər. Məndə olan dəqiq məlumata görə prezident Əbülfəz Elçibəy dünən, yəni iyunun 23-də 4 saat Türkiyədə olubdur. Orada müəyyən adamlarla görüşübdür. Bu bir daha sübut edir ki, Əbülfəz Elçibəy idarə olunur. Bu hərəkəti ilə bizim prezident, əslində, özünü respublikadan kənarda qoyubdur. Ona görə də səlahiyyətdən kənarda qalıbdır. Mən hesab edirəm ki, onun vəzifədə qalıb-qalmamasını uzun-uzadı müzakirə etməyə ehtiyac yoıxdur. Təklif edirəm ki, çıxışlar kəsilsin, Əbülfəz Elçibəyin istefa məsələsi həll olunsun. Sağ olun.

TOFİQ ƏZİZOV: Mən xahiş edirəm,- bizə qərar layihəsi paylanılıb,- bütün müzakirələr dayandırılsın və o səsə qoyulsun.

HEYDƏR ƏLİYEV: Azərbaycan prezidenti Əbülfəz Elçibəyin fərmanını almışıq. Bunu indi gətiriblər. Mən onu Afiyəddin Cəlilova verirəm. İcazə verin, Milli Məclis bu fərmanla tanış olsun.

AFİYƏDDİN CƏLİLOV /Fərmanı oxuyur\.”Prezidentin səlahiyyətlərinin bir hissəsinin müvəqqəti olaraq Ali Sovetin sədrinə həvalə edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin Fərmanı

Respublikada yaranmış hazırkı ictimai-siyasi durumu nəzərə alaraq hərbi qarşıdurmanın, qan tökülməsinin qarşısını almaq, siyasi və hərbi qüvvələrin həmrəyliyinə nail olmaq məqsədi ilə Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərinin bir hissəsinin icrasının Azərbaycan Respublikası Ali Sovetinin sədrinə müvəqqəti olaraq həvalə edilməsini məqsədəuyğun hesab edirəm.

Azərbaycan Respublikası prezidentinin Azərbaycan Respublikası Konstitusiyasının 121-1-ci və 121-4-cü maddəsində nəzərdə tutulan aşağıdakı səlahiyyətlərinin icrası müvəqqəti olaraq Azərbaycan Respublikası Ali Sovetinin sədrinə həvalə edilsin:

1. Azərbaycan Respublikasında Ali icra hakimiyyətinin həyata keçirilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinə rəhbərlik edilməsi

2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı olmaq

3. Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının, Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikası qanunlarına əməl olunmasının təminatçısı kimi çıxış etmək

4. Azərbaycan Respublikasının suverenliyinin qorunmasına, müdafiəsinə, Dövlət Təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin edilməsinə dair tədbirlər görmək, Azərbaycan Respublikasının dövlət orqanlarının bu sahədə fəaliyyətinə rəhbərlik etmək

5. Dövlət idarəetmə orqanları sisteminə rəhbərlik etmək və Azərbaycan Respublikasının Ali Soveti ilə onların qarşılıqlı fəaliyyətini təmin etmək

6. Azərbaycan Respublikasının vəziyyəti haqqında Azərbaycan Respublikası Ali Sovetinə məruzələr təqdim etmək, Azərbaycan Respublikasının daxili siyasətinin ən mühüm məsələləri haqqında Azərbaycan Respublikası Ali Sovetinə məlumat vermək

7. Azərbaycan Respublikasının baş naziri vəzifəsinə namizədliyi Azərbaycan Respublikası Ali Sovetinin təsdiqinə vermək. Azərbaycan Respublikasının Ali Soveti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetini təşkil etmək, onun tərkibində dəyişikliklər etmək \Azərbaycan Respublikasının xarici işlər naziri istisna olmaqla\

8. Azərbaycan Respublikası nazirliklərinin və Azərbaycan Respublikasının digər mərkəzi dövlət idarəetmə orqanlarının təşkili və ləğv edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin müzakirəsinə təkliflər vemək. Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında komitələr, baş idarələr və başqa idarəetmə orqanları təşkil etmək və onları ləğv etmək, bu orqanların rəhbərlərini təyin etmək və vəzifədən azad etmək.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Azərbaycan Respublikasının baş prokuroru, Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin sədri vəzifələrinə namizədlikləri Azərbaycan Respublikasının Ali Sovetinə təqdim etmək. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri istisna olmaqla, göstərilən şəxsləri vəzifədən azad etməyi Azərbaycan Respublikasının Ali Sovetinə təklif etmək.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası nazirliklərinin aktlarını, Azərbaycan Respublikası Prezidentinə tabe olan digər orqanların aktlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, yerli Xalq Deputatları Sovetləri İcrayyə Komitələrinin aktlarını ləğv etmək, Azərbaycan Respublikası Ali Sovetinin sessiyaları arasındakı dövrdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin, rayon və şəhər Xalq Deputatları Sovetlərinin aktlarını ləğv etmək və onları Azərbaycan Respublikası Ali Sovetinin təsdiqinə vermək.

11. Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmək, Azərbaycan Respublikasının fəxri adlarını vermək.

12. Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxsləri bağışlamaq.

13. Azərbaycan Respublikasının müdafiəsi və onun vətəndaşlarının təhlükəsizliyi naminə ayrı-ayrı yerlərdə fövqəladə vəziyyət elan olunması haqqında xəbərdarlıq etmək, lazım gəldikdə isə, qəbul olunmuş qərarı ləngimədən Azərbaycan Respublikası Ali Sovetinin təsdiqinə verməklə fövqəladə vəziyyət tətbiq etmək, müvəqqəti Prezident idarə üsulu tətbiq etmək.

14. Səfərbərlik elan etmək, Azərbaycan Respublikasının müdafiəsi və vətəndaşlarının təhlükəsizliyi naminə hərbi vəziyyət elan etmək və qəbul edilmiş qərarı ləngimədən Azərbaycan Respublikası Ali Sovetinin təsdiqinə vermək.

15. Yerli Xalq Deputatları Sovetləri Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını və Azərbaycan Respublikası Ali Sovetinin başqa aktlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını müntəzəm olaraq pozduqda, onların fəaliyyətini dayandırmaq və onların buraxılması haqqında Azərbaycan Respublikası Ali Sovetinin müzakirəsinə təkliflər vermək.

16. Hüquqi siyasətin həyata keçirilməsinə dair tədbirlər görmək və hüquq-mühafizə orqanlarının fəaliyyətinə rəhbərlik etmək, respublikada hüquq-mühafizə fəaliyyətinin əlaqələndirməsi üzrə orqan təşkil etmək.

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz Elçibəy

“24 iyun 1993-cü il”.

YERDƏN SƏSLƏR: Şəhəri demədiniz...

AFİYƏDDİN CƏLİLOV: Şəhər göstərilməyib.

HEYDƏR ƏLİYEV: Bu barədə nə kimi fikirlər var? Düzü, mən bilmirəm prezidentin səlahiyyətləri nədən ibarətdir və nə qədər səlahiyyətlər verilib, nə qədəri qalır, mən bunu bilmirəm. Bəlkə bizim hüquqşünaslar bir şey deyə bilərlər?

SƏFA MİRZƏYEV \MİLLİ MƏCLİS APARATININ RƏHBƏRİ\: Hörmətli sədarət, hörmətli millət vəkilləri! İndi Afiyəddin bəy bu fərmanı oxuyanda, biz də Konstitusiyanın maddələri ilə bunları müqayisə etdik. Belə çıxır ki, prezident bu fərmanla, bir neçəsi istisna olmaqla, öz səlahiyyətlərinin tam əksəriyyətini verir. Bunlar hansılardır: birinci, xarici siyasəti müəyyən etmək; ikinci, xarici ölkələrlə danışıqlar aparmaq; üçüncü, Milli Məclisin razılığı ilə xarici işlər nazirini vəzifəyə təyin etmək və Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək və vətəndaşlıqdan xaric etmək; əsasən, ilk baxıışdan bu dörd səlahiyyətdən başqa... Bağışlayın, bir də qanunları imzalamaq və veto qoymaq. Deməli, qanunlar burada qəbul edilsə, onda onları prezidentə vermək. Deməli, bu beş əsas səlahiyyət verilməyib, qalanları verilibdir. Çox sağ olun.

MÜRVƏT ƏLİYEV\ ALİ SOVETİN DEPUTATI\: Heydər müəllim, bir məsələ var, mən istərdim ki, bəlkə hüquqşünaslar cavab verəydilər. Prezidentin fərmanında yazılır ki, müvəqqəti olaraq... Bilmək istərdik ki, “müvəqqəti olaraq” ifadəsi nə məna verir. Yəni, neçə müddətə, nə qədər vaxta... İkincisi də, axı, Konstitusiyada səlahiyyətlərin müvəqqəti və yaxud daimi verilməsi nəzərdə tutulmayıbdır. Əgər belə olsa, onda gərək Konstitusiyada müvafiq dəyişiklik aparılsın, müvafiq maddələr nəzərdə tutulsun. Ona görə də istərdim ki, hüquqşünaslar bu barədə rəylərini bildirəydilər.

HEYDƏR ƏLİYEV: Dünən də, bu gün burada təkliflər olubdur: “Prezidentə etimadsızlıq göstərmək”, “Prezidentin istefasını tələb etmək” və yaxud “Prezidentin bütün səlahiyyətlərini Ali Sovetin sədrinə vermək”. Bu təkliflər olubdur, bunlar mövcuddur. Biz, sadəcə olaraq, vaxt aldıq ki, prezidentlə bir də danışaq və bəlkə prezident özü tam fikrə gələ. İndi prezidentin göndərdiyi bu fərman, - ilk baxışdan mən buna heç nə deyə bilmərəm, - müəyyən qədər onu göstərir ki, səlahiyyətlər verilir. Eyni zamanda, prezident də qalır və prezident də başqa işlər görür. İndi Tamerlan bəydən soruşdum. O deyir ki, fərmanları da, qanunları da o imzalayacaqdır. Onda bizim hamımız yenə də ondan asılı olacağıq. Onda bu cür şəraitdə nə cür işləyəcəyik? Ona görə də mən istəyirəm ki, professor Murtuz Ələsgərov bu barədə bir-iki kəlmə desin.

MURTUZ ƏLƏSGƏROV\ALİ SOVETİN DEPUTATI\: Həmin fərmanla əlaqədar, əvvəla, onu deməyi özümə borc bilirəm ki, hörmətli millət vəkili İbrahim İbrahimovun dediyi maddə Konstitusiyadan artıq çıxarılmışdır. Həmin maddə öz qüvvəsini itirmişdir. Hakimiyyətin, səlahiyyətin qismən bölünməsi və müvəqqəti verilməsi Konstitusiyada yoxdur. Bu, qətidir. İki maddə saxlanılmışdır. Ya prezident qanunları, Konstitusiyanı pozduqda o, vəzifəsindən azad edilir və yaxud prezidentin səlahiyyətləri bütövlüklə Ali Sovetin sədrinə verilir.

Əvvəlki variantda nəzərdə tutulurdu ki, həm Ali Sovetin sədrinə, əgər bu mümkün deyildirsə, Nazirlər Kabinetinin sədrinə verilir. İndi yeni redaksiyada Nazirlər Kabineti sözü çıxarılmışdır. Ona görə də burada yalnız səlahiyyətin bütövlüklə Ali Sovetin sədrinə verilməsindən söhbət gedə bilər. Məsələ ya belə həll olunmalıdır, yaxud da səlahiyyətlərin qismən və müvəqqəti verilməsi Konstitusiyaya ziddir. Hörmətli Səfa burada izah etdi. Mən çox təəccüb edirəm, əgər söhbət səlahiyyətin xarici siyasət sahəsindən, eləcə də qanunların imzalanmasından gedirsə, Ali Sovetin sədri Bakıda xarici dövlətlərin nümayəndələrini qəbul edə bilər. Belə çıxır ki, xarici dövlətlərin nümayəndələri gərək Kələki kəndinə getsin, Əbülfəz bəy orada onlarla həm müqavilə bağlasın, həm danışıqlar aparsın. Mən bunu qeyri-qanuni hesab edirəm. Məsələ, daha doğrusu, səlahiyyətlərin verilməsi, belə həll oluna bilməz. Yarımçıq səlahiyyət vermək Konstitusiyaya uyğun deyildir. Sağ olun.

HEYDƏR ƏLİYEV: Etibar Məmmədov...

ETİBAR MƏMMƏDOV: Mən konkret qərar layihəsi vermişəm, xahiş edirəm həmin layihə səsə qoyulsun.

NURƏDDİN ƏHƏDOV\ALİ SOVETİN DEPUTATI\: Hörmətli sədr, hörmətli millət vəkilləri!

Bizi həmişə bir məsələ narahat edir ki, çıxardığımız qərar mümkün qədər legitim olsun və hamı tərəfindən qəbul edilsin. Səhv eləməyə qorxuruq. Yəni ki, çıxardığımız qərar sonra şübhə altına alınarsa, bizə də hörmət gətirməz. Ona görə də mən belə hesab edirəm ki, prezident Əbülfəz Elçibəy indiyə qədər neçə dəfə güzəştə gedib, bu barədə ciddi addımlar atıbdır. Bizim də borcumuzdur ki, ona doğru bir addım ataq. Mən belə hesab edirəm ki, biz bu fərmanlarl təsdiq edə bilərik. Konstitusiyada dəyişiklik etmək lazımdırsa, onu da edək. Hesab edirəm, prezident səlahiyyətlərinin, demək olar ki, hamısını veribdir. İndi bir-iki səlahiyyət qalıbdır. Biz bununla prezidentə düşünməyə bir qədər vaxt verərik. Mənə elə gəlir ki, prezidentin Fərmanını təsdiq edək və bu, ədalətli bir qərar olar. Diqqətinizə görə sağ olun.

HEYDƏR ƏLİYEV: Rəhim Qazıyev...

RƏHİM QAZIYEV: Ballah, mən deməyə söz tapmıram. Prezident xarici siyasəti orada aparır, dövlətin bir hissəsi daxili siyasəti burada aparır, müharibə gedir. Mənim başım çıxmır, milləti ələ salmısınız, ya nədir? Burada bir tələb var. Əgər bu qədər deputatın bütün 7 milyonluq xalqın qarşısında tələbi yerinə yetirməyə ya cəsarəti, ya hüququ yoxdursa, ya hansısa qanunları yerinə yetirə bilmirlərsə, mandatlarımızı qoyaq, çıxıb gedək işimizin-dərdimizin dalınca. Bu, nə oyundur? Prezident oturub orada, ətrafındakıların diqtəsi ilə buraya gündə bir şey göndərir.

Millət də burada üz-üzə durubdur. Xahiş edirəm, durun 10-20 nəfər bu saat gedək, şəhərin kənarına baxaq. Ölkəni barıt cəlləyi kimi belə vəziyyətdə saxlamaqda məqsəd nədir? Mən bunu başa düşmürəm. Heydər Əliyev, mən Sizdən xahiş edirəm, bu adamın istefa məsələsini qoyun, səs verən versin, verməyənlər də xalqın qarşısında cavab versinlər. Bütün silahlı qüvvələr ayağa qalxıbdır, qarşı-qarşıya durubdur. Sonra bunun nəticəsi nə olacaqdır?

Deməli, özü orada sakit oturubdur, necə deyərlər, millət tərəfindən legitim, - xalqın dilinə indi təzə söz düşübdür, - seçilibdir. Prezident orada oturubdur, yerdə qalan camaatı da salıbdır odun-alovun içinə. Gəncədə bir faciə bu gün törəndi. Bir də hansı faciələr törənəcəkdir, onlar bilinmir. Bu gün dövlət başçısı hər dəqiqə kəskin, qəti qərarlar qəbul etməlidir. Qərar qəbul ediləndən və ya fərman veriləndən sonra bunu dərhal imzalamaq lazım olacaqdır. Təzədən yenə də hüquqşünasların bir hissəsi deyəcək ki, yox, buna sizin qol çəkməyə ixtiyarınız yoxdur. Bu millətin taleyi tərəzidə qalan qoyun ətidir, ya nədir? Yox, əgər prezidentdirsə, gəlsin otursun, desin ki, mən varam, çıxıram millətin qabağına, sözümü də deyəcəyəm, həll edəcəyəm. Bu gün ya onun istefa məsələsini həll edirik, yaxud da mən millət vəkili vəsiqəmi burada qoyub çıxıb gedirəm.

HEYDƏR ƏLİYEV: İsmayıl Şıxlı söz istəyir. Biz neçə gündür burada müzakirə aparırıq. Bizim hörmətli yazıçımız danışmır, amma indi o, danışmaq istəyir. Buyursun.

İSMAYIL ŞIXLI:/Ali Sovetin deputatı/: Hörmətli deputat yoldaşlar, hörmətli sədr. Bu saat biz Azərbaycanın taleyi haqqında düşünməliyik. Azərbaycan pis vəziyyətdədir, dövlətin başçısı yoxdur. Əbülfəz Elçibəyin bizə göndərdiyi fərmana qulaq asarkən təsadüfən Mirzə Fətəli Axundovun “Aldanmış Kəvakib”indəki Yusif Sərrac əhvalatı yadıma düşdü. Yəni, ölkənin hökmdarı ulduzları aldatmaq, özünü xilas etmək üçün istəyirdi ki, milləti, ölkəni məhv etsin və bunun bütün məsuliyyət də Yusif Sərracın üzərində qalsın. Bu, xalqın taleyinə qeyri-ciddi münasibətdir.

İndi hamınıza müraciət edirəm və çox da danışmaq istəmirəm. Bu saat Azərbaycanın varlığı, yaşayıb-yaşamayacağı təhlükə qarşısındadır. Belə bir vəziyyətdə ölkəni başsız qoymaq olmaz. Əgər ölkənin Prezidenti, Ali baş komandan vəzifəsini atıb gedirsə, ölkəni hansısa bir kənddən idarə etmək iddiasına düşürsə, bu, xalqın taleyinə çox qeyri-ciddi münasibətdir.

Mənə elə gəlir, Milli Məclis bu məsələni neçə gündən bəri çox səbrlə, Konstitusiyaya əsasən müzakirə etməklə çox düzgün hərəkət etdi, hər cür güzəştə getdi. Hətta baş verə biləcək hər hansı hadisənin qarşısının alınmasına imkan yaratdı ki, biz ümumi bir fikrə gələk. Elə bilirəm ki, biz hələlik ümumi fikrə gələ bilmirik. Müəyyən təkliflər, qərar layihəsi vardır. Mən də bu fikirdəyəm ki, əgər komandir öz hissəsini qoyub qaçıbsa, o, deyirsə ki, mən ölkəyə hansısa bir kənddən rəhbərlik edəcəyəm, bu, qeyri-ciddi bir söhbətdir.

Hamınızdan üzr istəyirəm, müharibə vaxtı bizim Şumakov familiyalı bir leytenantımız var idi. Hücum vaxtı üstümüzə güllələr yağanda o, səngərə girərək deyirdi ki, qabağa gedin, mən sizə buradan rəhbərlik edəcəyəm. Axı, belə şey olmaz. Ona görə mən də Milli Məclisdə dünən müzakirə edilən qərarın qəbul olunmasının tərəfdarıyam. Elə bilirəm ki, lazımi sözlərin hamısı deyilibdir. Biz Azərbaycanı xilas etməliyik.

HEYDƏR ƏLİYEV: Məcburam deputatların təkliflərini səsə qoyum. Bir neçə təklif olmuşdur. Əvvəlcə Etibar Məmmədovun layihəsinin gündəliyə salınması haqqında. Ona görə, gəlin, qeydiyyatdan keçək, kənarda olan Məclis üzvləri dəvət olunsunlar. Xahiş edirəm, bu məsələnin gündəliyə salınmasına münasibətinizi bildirəsiniz. Lehinə - 34, əleyhinə -5, bitərəf -1, səs verməyib -1 nəfər. İştirak edir- 41 nəfər. Demək, qəbul olundu.

Burada təkliflər var: Elçibəyin prezident vəzifəsindən istefa verməsi və yaxud da ki, ona etimadsızlıq göstərilməsi. Ancaq mən güman edirəm ki, layihənin qərar hissəsinə,- əgər etiraz etməsəniz,- müəyyən redaksiya dəyişiklikləri etmək olar. Çünki istefa vermək haqqında məsələ qaldırılmışdır, bəlkə o da buraya əlavə oluna bilər.

ETİBAR MƏMMƏDOV: Qərar hissəsində aydın göstərilir və indiki səsvermədən sonra Prezident bütün səlahiyyətlərindən məhrum olunur. Yəni, artıq Milli Məclisin qərarı ilə Prezident bütün səlahiyyətlərindən məhrum edilir. Qaldı onun Prezident vəzifəsindən kənarlaşdırılması məsələsinə, - mən əvvəldən də demişdim, həftənin sonuna qədər komissiya öz rəyini verməlidir, - Məclisin qərarı komissiyanın rəyi əsasında olmalıdır.

HEYDƏR ƏLİYEV: Müzakirələr qurtardı. Bəli, qərar qəbul etdik. Ona görə bir də bunu səsə qoyuram. Qəbul olundu.

APARICI: Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi artıq respublikada baş verən bütün hadisələrin cilovlanması və dövlətin nəzarətinə götürülməsi idi. Bu, hakimiyyətin, ayrı-ayrı adamların şəxsi mənafeyinə, hikkəsinə, ambisiyasına deyil, xalqın iradəsinə tabe edilməsi idi. Bu, Azərbaycan dövlətinin sükanının son yüzillikdə xalqımızın yetirdiyi ən böyük, ən qüdrətli dövlət adamına etibar edilməsi idi.

Bu, müstəqil Azərbaycanın tarixində anarxiyaya, özbaşınalığa, tənəzzülə nöqtə qoyan sabitliyin, ictimai-iqtisadi tərəqqinin, beynəlxalq nüfuzun təməlini qoyan, suverenliyimizin qarantı olan Heydər Əliyev erasının başlanğıcı idi.

HÜSEYN BUDAQOV (Fəlsəfə elmləri namizədi): Azərbaycanın XX əsr tarixinin ən böyük şəxsiyyəti, ən böyük dühası Heydər Əliyevdir. Heydər Əliyev şəxsiyyəti fenomenaldır. Bəziləri ümumi vəziyyətə obyektiv qiymət vermək əvəzinə belə hesab edirlər ki, guya indiki dövrdə Azərbaycanın xarici siyasəti çox uğurla aparılır, daxildə isə problemlər çoxdur. Bu, dolayısı ilə bizim gercəkliyimizə, siyasi reallığımıza verilən ikimənalı, qərəzli, prinsipsiz münasibətdir. Əslində, Azərbaycan xalqının son on ildə əldə etdiyi dövlət müstəqilliyinin möhkəmləndirilməsində, respublikamızın bütün beynəlxalq standartlara uyğunlaşmasında, dünyaya həm iqtisadi, həm siyasi inteqrasiyasında, ölkəmizin bir dövlət, xalqımızın millət kimi tanınmasında Heydər Əliyevin fəaliyyəti əvəzsizdir. Mən elə hesab edirəm ki, Azərbaycan xalqının tarixində Heydər Əliyevin son 10 illik fəaliyyəti, onun əvvəlki 22 illik fəaliyyəti ilə müqayisədə, daha əhəmiyyətlidir. Çünki əvvəlki vaxtlar 15 respublika arasında, pis-yaxşı, biz də gedirdik. Amma bu gün dünya dövlətlərinin müxtəlif strategiya, siyasət yeritdikləri bir vaxtda Azərbaycanın heç kəsdən asılı olmayan, müstəqil siyasət yeritməsi Heydər Əliyevin dahiliyini və böyük şəxsiyyət olmasını göstərir. Bu günlərdə Bakıda keçirilən forumda, beynəlxalq görüşdə hörmətli İlham Əliyevin bir sözü mənim çox xoşuma gəldi: Azərbaycan neftdən asılı olmayan bir dövlət kimi tanınmalıdır. Yəni, Azərbaycanın neftdən başqa sənayesi, iqtisadiyyatı, kənd təsərrüfatı yoxdurmu? Heydər Əliyev Azərbaycanı aqrar-sənaye ölkəsindən müasir sənaye ölkəsinə çevirmək üçün nəhəng işlər görmüşdür. Bağlanmış müqavilələr, tanınmış xarici neft şirkətlərinin ölkəmizə gəlməsi, konsorsiumların yaradılması - bütövlükdə iqtisadiyyatımızın hərtərəfli inkişafı məhz Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev elə bir insandır, elə böyük şəxsiyyətdir, xoşbəxt şəxsdir ki, bu gün də, sabah da, bundan sonrakı nəsillər də onun fəaliyyətinə, əməllərinə, dövlətçilik təcrübəsinə istinad edəcəklər. Azərbaycanın gələcəyi uğurlu, işıqlı olacaqdır.

ƏLİ QARAXANOV (“AZNEFTKİMYAMAŞ” Səhmdar Cəmiyyətinin Sədri): 1980-ci illərin axırı - 1990-cı illərin əvvəllərində hakimiyyət strukturlarının zəifləməsi, erməni təcavüzü, xaos, özbaşınalıq bütün sahələrdə öz dağıdıcı təsirini göstərirdi. Ölkəmizi düşdüyü ağır vəziyyətdən yalnız cənab Heydər Əliyevin gücü, qüdrəti, bacarığı çıxara bilərdi.

Ona görə də müəssisələrimizin kollektivləri əvvəlcə Moskvaya, sonra isə Naxçıvana çoxsaylı məktublar, teleqramlar yollamağa başladılar. Onlar möhtərəm Heydər Əliyevi Azərbaycana rəhbərlik etmək üçün təkidlə Bakıya dəvət edirdilər. Təsadüfü deyildir ki, 1993-cü ildə möhtərəm Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra, atəşkəs və ictimai-siyasi sabitlik təmin olunduqdan sonra ölkəmizdə təzədən quruculuq işləri başladı. Hətta Azərbaycandan qat-qat böyük və daha əlverişli vəziyyətdə olan ölkələr respublikamıza investisiya axınının miqyasına görə bizə həsəd aparırlar.

Əmək kollektivlərimiz Qurtuluş gününü böyük ruh yüksəkliyi ilə, fərəhlə qarşılayırlar. Sevindirici haldır ki, müəssisələrimiz bazar rəqabəti şəraitində işləməyə uyğunlaşmış, məhsul göndərilməsinin coğrafiyasını genişləndirmək üçün marketinq tədqiqatlarına diqqəti artırmışlar. Bu işlər davam etdirilməkdədir. İstehsal etdiyimiz məhsullar, əsasən, Azərbaycan Dövlət Neft Şirkətinə və ənənəvi alıcılarımız olan Rusiya, Qazaxıstan və MDB-nin digər ölkələrinin neftçilərinə göndərilir.

Ümumiyyətlə, cənab Prezident Heydər Əliyevin səmərəli və məqsədyönlü fəaliyyəti respublikamızın iqtisadiyyatının dinamik inkişafına, siyasi sabitliyə və insanlarda ruh yüksəkliyi yaranmasına səbəb olmuşdur.

APARICI: Beləliklə, ölkə üzərində gəzən ölüm kabusu götürüldü. Heydər Əliyevin böyük siyasətə qayıdışı Azərbaycanı ikinci dəfə müstəqilliyini itirmək təhlükəsidən xilas etdi. Azərbaycanın azadlıq günəşi yenidən doğdu. İyunun qızmar günləri bir-bir arxada qaldıqca respublikamızda gərginlik azalır, həyat öz məcrasına qayıdırdı. Əli işdən-gücdən soyumuş adamların üz-gözündə ümid közərirdi. Bu ümid isə xalqın öz milli lideri Heydər Əliyevə olan inamından güc alırdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Seysmoloji Xidmət Mərkəzi: Təşvişə düşməyə əsas yoxdur

Aydın Kərimov: Şuşaya gələn turistlərin sayında artım müşahidə edilir

Avropa İttifaqının yeni rəhbərləri ilə bağlı razılaşma əldə olunub

“Yaşıl dünya naminə həmrəylik: dayanıqlı gələcək üçün tullantıdan dəyərə” beynəlxalq forumu panel müzakirələrlə davam edir

Amerika Kuboku: Uruqvay millisi 1/4 finala vəsiqə qazanıb

Kriştiano Ronaldo Avropa çempionatlarında yeni rekorda imza atıb

Elçin Yusubov: Xankəndi, Xocalı və Ağdərədə, ümumilikdə, 43 obyekt fəaliyyətə başlayıb

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan neftinin qiyməti 89 dollara çatıb

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə start verilib

Nazir: Ağdam Sənaye Parkı rezident sayına görə ölkədə ikinci yerdədir

Azərbaycan və Serbiyanın hərbi ekspertləri arasında görüş keçirilib

Fərid Qayıbov Çadın gənclər və idman naziri ilə görüşüb

İqtisadiyyat naziri: Azərbaycanda sahibkarların bizneslə məşğul olmaları üçün çox yaxşı şərait yaradılır

Avropa birinciliyi: Azərbaycanın iki boksçusu yarımfinala yüksəlib

DİN: İyunun 27-də ölkədə qeydə alınan 42 cinayətin üstü açılıb

Eldəniz Babayev: Belə bir sərgi ilə bağlı ideya uzun illərdir qəlbimdə yaşayırdı

Şuşada “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçirilir

İstanbulda azərbaycanlı rəssamın “Zəfər müjdəsi” adlı fərdi sərgisi açılıb

Tramp: “Bayden bizi III Dünya müharibəsinə sürükləyəcək”

Baydenlə Trampın ilk debatı keçirilib

Saatlı sakinlərindən 25 sənədsiz tüfəng götürülüb

Samuxda narkotik tərkibli bitki yetişdirən şəxs saxlanılıb

Azərbaycan üzgüçüsu "Asiya uşaqları" Oyunlarında gümüş medal qazanıb

Lerikdə zəlzələ olub VİDEO

Sabunçuda qətl törədilib

Laçın sakini: Dövlətimlə, xalqımla fəxr edirəm

Keçmiş məcburi köçkün: Laçın bizim Kəbəmizdir

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb

Kürdəmirdə ağır yol qəzası baş verib

Quterreş: BMT-nin Təhlükəsizlik Şurasının islahatı Afrikaya daimi üzvlüyün təqdim edilməsindən başlamalıdır

Beynəlxalq Kosmik Stansiyanın ləğvi “Space X” şirkətinə həvalə edilib

İsveç Avropada kosmosa peyklərin buraxılacağı ilk ölkə olacaq

Cənubi Kaliforniyada atışma zamanı 2 nəfər ölüb

Müdafiə Nazirliyi: Türkiyə ordusu hadisələrin istənilən inkişafına hazırdır

Tədqiqat: Uzunmüddətli tənhalıq yaşlı insanlarda insult riskini artıra bilər

Çinin 2 sabiq müdafiə naziri Kommunist Partiyasından qovulub

MEK-də “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabının təqdimatı keçirilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələrinin hüdudlarında qismən dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Çin-Avrasiya sərgisində Orta Dəhlizin imkanlarından danışılıb

Muxtar Babayev: 2026-cı ildə Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü qlobal miqyasda ən vacib tədbirlərdən biri olacaq

Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil

Naxçıvanda yollarda yaranan problemlər aradan qaldırılır

İnger Andersen: UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq VİDEO

İsmayıllının Qoydan kəndində iki ailə təxliyə olunub YENİLƏNİB

Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Əlahiddə Ümumqoşun Orduda vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilib

“Baku ID” innovasiya festivalının birinci günü yekunlaşıb

Kosmik innovasiya: biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar

Saməddin Əsədov: Hazırda Azərbaycan bir peyki vasitəsilə iqlim dəyişikliklərini izləyir

Ağsu rayonunun Maşadqanlı kəndi ilə nəqliyyat əlaqəsi bərpa edilib YENİLƏNİB

Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunub

Nazir: COP29 Məlumat Mərkəzində ziyarətçilər Azərbaycanın təbiəti və ictimai həyatı haqqında da informasiya əldə edə biləcəklər

Lahıc-Dəmirçi-Şamaxı yolunda sürüşmə baş verib

TDT ölkələri arasında yük daşımaları sadələşdiriləcək

A.Mirzoyan: Ermənistan sülh müqaviləsini tam şəkildə yekunlaşdırmağa və bir ay ərzində imzalamağa hazırdır

Milli Gimnastika Arenasında BDU-nun Məzun günü keçirilib

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib VİDEO

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib

UNEP-in icraçı direktoru Azərbaycanda “yaşıl” iqtisadiyyata keçidlə bağlı görülən işlər haqqında məlumatlandırılıb

Sahibkarlar Xankəndi şəhərinin iqtisadi potensialı ilə tanış olublar

UNEP ilə Azərbaycan arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb

Macarıstan Ursula Fon der Lyayenin yenidən seçilməsini dəstəkləməyəcək

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO

Pedaqoji Universitetdə “#CodeForFuture” layihəsinin bağlanışı və mükafatlandırma mərasimi keçirilib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - YENİLƏNİB - 3 VİDEO

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Nazir: Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq

Azərbaycan-Ukrayna münasibətlərinin mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb

MEK ilə Özbəkistanın Ürgənc Dövlət Universiteti arasında memorandum imzalanıb

İnstitutda Azərbaycan xalq yaradıcılığının təşəkkülü, inkişaf qanunauyğunluqları istiqamətində tədqiqat aparılır

Bəzi seçki dairələrinin hüdudlarında və adında dəyişikliklər olunub

Avropa çempionatında 1/8 final mərhələsinin təqvimi

TƏBİB-in rəhbəri əlavə ödənişlərin tələb olunmasına görə tibb işçilərinə xəbərdarlıq edib

Maksim Rıjenkov Belarus Respublikasının xarici işlər naziri təyin edilib

Azərbaycan ilə AİB arasında tərəfdaşlığın 25 illiyi qeyd olunur

“Azərkosmos”un rəhbəri kosmik sahədə fəaliyyət göstərən azərbaycanlı gənc startapları əməkdaşlığa dəvət edib

Mərkəzi Elmi Kitabxananın əməkdaşları şəhid Həmidağa Hüseynzadənin ailəsini ziyarət ediblər

Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya dostluq səfərinə gəliblər

Alper Gezeravcı: Kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq qarşımızda duran əsas vəzifələrdəndir

ÜST nümayəndəsi uşaqlıq boynu xərçəngi və Azərbaycanda onunla mübarizə tədbirlərini müzakirə edib

Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb

ACCA imtahanları artıq UNEC-də

Şəhid Ucar Zeynalovun nəşinin qalıqları Göygöldə torpağa tapşırılıb

Serbiya Futbol İttifaqının vitse-prezidenti və baş katibi istefaya göndərilib

DOST Agentliyi Avropa Sosial Konfransında təmsil olunur

Azərbaycanda zoonoz xəstəliklərlə bağlı beynəlxalq tədbir keçiriləcək

Azərbaycan və Liviya beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər

Aşqabadda Türkiyə və Türkmənistan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

BANM tələbələri Polşada keçirilən sammitdə iştirak ediblər

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxıb YENİLƏNİB - 3 VİDEO

Azərbaycan ilə Gürcüstan arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB