REGİONLAR
Tərtərdə koronavirus pandemiyasına qarşı dezinfeksiya işləri davam etdirilir
Tərtər, 11 may, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Tərtər rayonunda sanitar-dezinfeksiya işləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, infeksiyanın qarşısını alınması məqsədilə dezinfeksiya işləri müəyyən edilmiş qrafik əsasən həyata keçirilir. Qrafikə uyğun olaraq Tərtər şəhərindəki mağaza və ictimai iaşə obyektlərində, apteklərdə, çoxmənzilli yaşayış binalarında və inzibati binalarda dezinfeksiya işləri aparılıb.