TƏZƏK VƏ KÖMÜR HƏR İL 1, 6 MİLYON ADAMIN ÖLÜMÜNƏ SƏBƏB OLUR
Təşkilatın məlumatına görə, bu, dünyanın həddən çox kasıb ölkələrində zorakılıqsız ölümün başlıca səbəblərindəndir. Özü də kənd təsərrüfatı rayonlarındakı qadınlar və uşaqlar belə təhlükəyə daha çox məruz qalırlar.
Məsələ bundadır ki, dünya ölkələrinin, demək olar, yarısında əhali xörəyi indiyədək təzək, odun, kənd təsərrüfatı istehsalı tullantıları və kömür kimi möhkəm yanacaqdan istifadə etməklə hazırlayır. Belə yanacaqdan qalxan tüstü insan orqanizminin müdafiə mexanizmlərini sıradan çıxaran hissəciklərin və kimyəvi maddələrin zəhərli qarışığından ibarət olub, bronxit və pnevmaniya kimi tənəffüs yolları xəstəlikləri riskini iki dəfədən də çox artırır.
DST-nin məlumatına görə, adi məişət sobasında möhkəm yanacaq yandırılarkən havaya qarışan karbon oksidi və digər öldürücü qazların qatışığı normadan 500 dəfə çox ola bilər. Nəticədə, kənd evlərində qadınlar və uşaqlar zəhərlilik səviyyəsi dünyada qəbul edilmiş normalardan xeyli çox olan tüstü udurlar. Beynəlxalq təşkilatların fikrincə, belə tüstüdəki zəhərli maddələrin miqdarı insanın bir gündə çəkdiyi iki qutu siqaretdən aldığı zəhərə bərabərdir.
DST mütəxəssisləri daha təmiz sobaların, yanacaq növlərinin və tüstüçəkənlərin yaradılmasının zəruri olduğunu bildirirlər. Bundan əlavə, ekspertlər hökumətləri və qeyri-hökumət təşkilatlarını cəmiyyətin diqqətini bu problemə cəlb etmək məqsədi ilə mümkün olan bütün tədbirləri görməyə çağırırlar.
Bu problemə dair məruzə hələ iki il bundan əvvəl Yohannesburqda sabit inkişaf məsələlərinə dair ümumdünya forumunda edilmiş, onun əsasında “Evlərdə təmiz hava uğrunda qlobal tərəfdaşlıq” yaradılmışdı.
DST-nin və BMT İnkişaf Proqramının birgə bəyanatında deyilir: ”Bu, başlanğıc idi. Mətbəx “qatilinə” də digər “qatillərə” lazımınca diqqət yetirmək lazımdır”.
ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi bu problemin həllinə yönəldilmiş 11 layihənin inkişafına 1,3 milyon dollar ayırdığını elan etmişdir.