THY yeni aldığı “Boeing 787-9” sərnişin təyyarəsini İstanbulda qəbul edib
Ankara, 27 iyun, AZƏRTAC
“Türk Hava Yolları” (THY) aviaşirkəti sifariş verdiyi “Boeing 787-9” sərnişin təyyarələrindən ilkini İstanbul Hava Limanında qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə təntənəli qarşılanma mərasimi təşkil olunub.
Qeyd edək ki, THY balansındakı təyyarələri yeniləmək və sayını artırmaq məqsədi ilə 30 ədəd “Airbus 350-900” və 30 ədəd “Boeing 787-9” sifariş edib. Yeni təyyarələr ilk növbədə çox sayda yeni iş yerinin açılmasını, o cümlədən təcrübəli pilot və uçuş heyətlərinin şirkətə cəlb olunmasını təmin edəcək. THY yeni təyyarələr hesabına, əsasən xarici uçuşları, o cümlədən qitələrarası sərnişin reyslərini artırmaq niyyətindədir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:41]
Yaponiyada ayı təhlükəsi səbəbindən 94 məktəb bağlanıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]
Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub
- 08.06.2026 [16:50]