CƏMİYYƏT
Tibb müəssisələrində çalışan baş mühasiblərə təlimlər keçirilir
![](/files/galleryphoto/2022/2/1200x630/1654935878294189299_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16549358781800549268_1200x630.jpg)
Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə təşkilatçılığı ilə “Peşəkar mühasib” sertifikatının alınması üçün təşkil olunacaq imtahanlara hazırlıq məqsədilə təlimlərin keçirilməsinə başlanılıb.
AZƏRTAC TƏBİB-ə istinadla bildirir ki, keçirilən təlimlər 30-dan çox tabeli tibb müəssisəsini əhatə edir. Təlim müddətində mühasibat uçotu, vergi, əmək, mülki qanunvericilik haqqında təlimlər keçiriləcək.
Tədbirin açılış mərasimində TƏBİB-in Təlim və karyera planlaması şöbəsinin müdiri Anar Mirzəyev, ARPA idarə heyətinin sədri Günay Şahbazova, ekspertlər Firudin Sultanov və Elsevər İbadov iştirak edib.
Qeyd edək ki, Nazirlər Kabinetinin Qərarına əsasən Publik hüquqi şəxslərin baş mühasibləri bu il dekabrın 30-dək "Peşəkar Mühasib" sertifikatı almalıdır.