Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tikinti ekologiyası və Dünya Şəhərsalma Forumu: Azərbaycanın strateji mövqeyi TƏHLİL

Tikinti ekologiyası və Dünya Şəhərsalma Forumu: Azərbaycanın strateji mövqeyi TƏHLİL

Bakı, 12 fevral, AZƏRTAC

2026-cı ildə Bakıda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumu (World Urban Forum - WUF13) Azərbaycan üçün təkcə beynəlxalq nüfuz tədbiri deyil, həm də ölkənin şəhərsalma və ekoloji siyasətində baş verən dərin dəyişikliklərin göstəricisidir. WUF UN-Habitat tərəfindən təşkil olunan, urbanizasiya, şəhər dayanıqlığı, yaşayış mühitinin keyfiyyəti, sosial ədalət və iqlim riskləri kimi mövzuların qlobal səviyyədə müzakirə edildiyi əsas platformalardan biridir. Bu Forumun Bakıda keçirilməsi Azərbaycanın qlobal şəhər gündəliyinə daha aktiv şəkildə qoşulması, eyni zamanda, milli inkişaf prioritetlərini beynəlxalq yanaşmalarla uyğunlaşdırması baxımından strateji əhəmiyyət daşıyır. Bu kontekstdə tikinti ekologiyası xüsusi yer tutur, çünki bu, urbanizasiya ilə iqlim siyasətinin kəsişdiyi və şəhərlərin gələcəyini müəyyən edən əsas sahələrdən biridir.

Bunu AZƏRTAC-a açıqlamasında ekoloq Gülşən Axundova deyib.

O bildirib ki, tikinti sektoru Azərbaycan iqtisadiyyatında aparıcı sahələrdən sayılır. Ölkədə urbanizasiya prosesi, infrastrukturun yenilənməsi, yeni yaşayış massivlərinin salınması, sosial obyektlərin tikintisi və regionlarda bərpa işləri tikinti fəaliyyətinin miqyasını artırır. Lakin tikinti, eyni zamanda, ekoloji yükün əsas mənbələrindən biridir: enerji və su sərfiyyatı, karbon emissiyaları, tikinti tullantılarının yaranması, torpaq örtüyünün dəyişməsi, landşaftların transformasiyası və ekosistemlərə təzyiq. Buna görə tikinti ekologiyası artıq ayrıca “ekoloji mövzu” kimi deyil, şəhər idarəçiliyinin, iqtisadi səmərəliliyin və sosial rifahın ayrılmaz komponenti kimi qəbul edilməlidir. WUF13-ün gündəliyində də bu yanaşma əsas xətt kimi təqdim olunur: şəhərlər böyüməklə yanaşı, daha ağıllı, daha az resurs tələb edən və daha az karbon izinə malik olmalıdır. Azərbaycanın urbanizasiya reallığında tikinti ekologiyası ilə bağlı problemlər daha çox Bakı və Abşeron yarımadasında cəmlənir. Burada sıx tikinti, yaşıllıq sahələrinin məhdudluğu, istilik adası effekti, nəqliyyat yükü, mühəndis şəbəkələrinin gərginliyi, eyni zamanda, quraq və küləkli iqlim şəraiti ekoloji riskləri artırır. İqlim dəyişmələri fonunda temperaturun yüksəlməsi, quraqlığın dərinləşməsi və ekstremal hava hadisələrinin artması şəhər mühitini daha həssas edir. Bu səbəbdən ənənəvi tikinti yanaşmalarının davam etdirilməsi uzunmüddətli perspektivdə həm dövlət üçün, həm də əhali üçün daha böyük iqtisadi və sosial xərc yaradır: enerji istehlakı artır, su ehtiyatları sürətlə azalır, hava keyfiyyəti pisləşir, infrastrukturun istismar xərcləri yüksəlir. WUF13-ün əsas mesajlarından biri də budur ki, tikinti sektoru şəhər problemlərini dərinləşdirən deyil, əksinə, onların həllinə xidmət edən əsas alətə çevrilməlidir. Müasir ekoloji urbanizasiya binanı ayrıca obyekt kimi deyil, şəhər ekosisteminin elementi kimi qəbul edir. Bu yanaşma bina və infrastrukturun tam həyat dövrünü nəzərə almağı tələb edir: tikinti üçün materialların istehsalı, daşınması, tikinti prosesində yaranan tullantılar, istismar dövründə enerji və su sərfiyyatı, daxili mühitin keyfiyyəti, sonda isə sökülmə və təkrar istifadə imkanları. Azərbaycanın yeni tikinti dalğası fonunda bu yanaşma xüsusi əhəmiyyət kəsb edir, çünki bu gün qəbul edilən standartlar gələcək onilliklərdə şəhərlərin ekoloji və sosial keyfiyyətini müəyyən edəcək. WUF13 bu yanaşmaların beynəlxalq təcrübə ilə müqayisəli şəkildə öyrənilməsi və tətbiqi üçün real imkan yaradır.

Ekoloq qeyd edib ki, tikinti ekologiyasının WUF13 gündəliyi ilə ən güclü əlaqə nöqtələrindən biri enerji səmərəliliyi və iqlim siyasətidir. Azərbaycanın iqlim zonalarının müxtəlifliyinə baxmayaraq, əsas urbanistik yük yenə də Bakı-Abşeron regionundadır və burada yay aylarında yüksək temperatur binalarda soyutma ehtiyacını artırır, qışda isə istilik itkiləri enerji israfına səbəb olur. Enerji səmərəli fasadlar, keyfiyyətli istilik izolyasiyası, passiv memarlıq həlləri, Günəş enerjisinin binalara inteqrasiyası, ağıllı idarəetmə sistemləri enerji istehlakını əhəmiyyətli dərəcədə azalda bilər. Bu, yalnız ekoloji deyil, həm də sosial-iqtisadi məsələdir: enerji sərfiyyatının azalması dövlətin enerji sisteminə düşən yükü yüngülləşdirir, əhalinin kommunal xərclərini aşağı salır, şəhərin karbon izini azaldır. WUF13 kontekstində bu mövzu şəhərlərin iqlim neytrallığına doğru transformasiyası kimi təqdim olunur və Azərbaycan üçün də iqlim öhdəliklərinin icrasında praktiki alət rolunu oynaya bilər. Digər əsas istiqamət tikinti materialları və resursların dövriyyəsidir. Dünyada tikinti sektoru ən çox resurs istehlak edən sahələrdən biridir və xüsusilə sement istehsalı yüksək karbon emissiyası ilə müşayiət olunur. Azərbaycan bazarında da beton və sementin dominantlığı bu problemi aktuallaşdırır. WUF müzakirələrində “azkarbonlu materiallar”, təkrar emal olunmuş materialların istifadəsi, tikinti tullantılarının idarə olunması, “dairəvi iqtisadiyyat” prinsipləri prioritet sayılır. Azərbaycanın şəhər yenilənməsi və infrastruktur layihələri fonunda tikinti tullantılarının artması, onların poliqonlara daşınması və uzunmüddətli çirklənmə riski real problemlər yaradır.

G.Axundova diqqətə çatdırıb ki, Azərbaycan üçün xüsusi strateji əhəmiyyət daşıyan mövzu azad edilmiş ərazilərin bərpasıdır. Bu ərazilərdə tikinti prosesi faktiki olaraq sıfırdan başladığı üçün ekoloji standartları tətbiq etmək daha asandır. Yeni şəhər və kəndlərdə enerji səmərəliliyi, alternativ enerji mənbələri, müasir su idarəçiliyi, dayanıqlı nəqliyyat, yaşıl planlaşdırma kimi yanaşmalar daha sistemli şəkildə qurula bilər. Bu isə həmin əraziləri ekoloji tikintinin pilot zonaları kimi formalaşdırmaq imkanı yaradır. Beynəlxalq urbanistik müstəvidə də bu tip nümunələr yüksək maraq doğurur, çünki postmünaqişə bərpasının dayanıqlı şəhərsalma ilə birləşdirilməsi hər zaman bu qədər geniş miqyasda həyata keçirilmir. WUF13 Azərbaycan üçün bu təcrübəni qlobal auditoriyaya təqdim etmək və ölkəni dayanıqlı bərpa modelinin daşıyıcısı kimi göstərmək imkanını genişləndirir. Tikinti ekologiyasının sosial ölçüsü də WUF gündəliyində əsas yer tutur. Davamlı tikinti yalnız enerji və karbon göstəriciləri ilə ölçülmür, o, həm də şəhərdə sosial ədalət, yaşayışın əlçatanlığı və həyat keyfiyyəti ilə bağlıdır. Ekoloji standartlar yalnız elit layihələrdə tətbiq olunarsa, bu, sosial bərabərsizliyi dərinləşdirə bilər. Buna görə WUF yanaşması ekoloji tikintinin kütləvi yaşayış fonduna, sosial mənzil siyasətinə, məktəb, xəstəxana və digər ictimai binalara, ictimai məkanlara inteqrasiya edilməsini tələb edir. Azərbaycan üçün bu, həm şəhər mühitinin sağlamlaşdırılması, həm də əhalinin sosial rifahının artırılması baxımından əhəmiyyətlidir. Enerji səmərəli binalar ailələrin kommunal xərclərini azaldır, daxili hava keyfiyyətini yaxşılaşdırır, istilik stressini minimuma endirir, xüsusilə uşaqlar və yaşlılar üçün sağlamlıq risklərini azaldır. Beləliklə, ekoloji tikinti sosial siyasətin də bir hissəsinə çevrilir.

WUF13-ün Azərbaycana verə biləcəyi əsas faydalardan birinin institusional inkişaf olduğunu deyən ekoloq qeyd edib: “Forum yalnız müzakirə platforması deyil, həm də beynəlxalq standartların, metodologiyaların və şəhər idarəetmə modellərinin yayılması üçün mexanizmdir. Azərbaycan bu forum vasitəsilə tikinti və şəhərsalma sahəsində normativ bazanı müasir beynəlxalq yanaşmalarla uyğunlaşdırmaq, iqlim risklərinin şəhər planlaşdırmasına inteqrasiyası, ekoloji təsirin ölçülməsi, “yaşıl sertifikatlaşdırma” sistemlərinin tətbiqi kimi mexanizmləri gücləndirmək imkanına malikdir. Bundan əlavə, WUF13 beynəlxalq maliyyə institutları və özəl sektor üçün də ciddi siqnaldır: Azərbaycan şəhər dayanıqlığına və ekoloji tikintiyə strateji prioritet kimi baxır. Bu siqnal yaşıl investisiyaların cəlbi, texnologiya transferi və yeni tərəfdaşlıqların qurulması baxımından da mühüm rol oynaya bilər. Tikinti ekologiyası və WUF13 Azərbaycan üçün bir-birini tamamlayan strateji xətlərdir. Tikinti sektoru ölkənin urbanistik inkişafının əsas dayağı olaraq qalır, lakin bu sektorun ekoloji təsirlərinin idarə olunması artıq əlavə tədbir deyil, şəhər siyasətinin mərkəzi elementi kimi qurulmalıdır. WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın bu istiqamətdə həm daxili modernləşmə, həm də qlobal urbanistik dialoqa töhfə vermək imkanlarını artırır. Bu imkan düzgün dəyərləndirilərsə, WUF13 Azərbaycanda tikinti ekologiyasının konseptual səviyyədən praktiki icra səviyyəsinə keçməsinə, standartların yenilənməsinə, institusional mexanizmlərin güclənməsinə və şəhərlərin daha sağlam, daha dayanıqlı inkişafına real təsir göstərə biləcək mühüm mərhələ kimi tarixə düşə bilər”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər Parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyununda ilk hissə heç-heçə yekunlaşıb - YENİLƏNİB

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününun altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib