“TOLERANTLIQ ÖRNƏYİ - AZƏRBAYCAN” MÖVZUSUNDA “DƏYİRMİ MASA” KEÇİRİLMİŞDİR
İdarənin sədri şeyxülislam Allahşükür Paşazadə “dəyirmi masa”nın iştirakçılarına – Azərbaycanın dini icmalarının başçılarına və nümayəndələrinə, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun rəhbərlərinə, Elmi-Dini Şuranın üzvlərinə, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin təmsilçilərinə müraciətlə dedi: “Biz iftixar hissi ilə deyə bilərik ki, digər ölkələrdən fərqli olaraq, Azərbaycanda tolerantlıq həyat reallığıdır. Bu, təsadüfi deyildir. Ölkəmizdə tolerantlığın dərin kökləri var və xalqımızın milli-mənəvi ənənələrindən, İslamın dinindən irəli gəlir”.
O xatırlatdı ki, VII əsrin ortalarından Azərbaycanda yayılmağa başlayan İslam burada digər dinlərin mövcudluğunu nəinki yasaqlamamış, həm də vicdan və dini etiqad azadlığını elan etmişdir. Nəticədə Azərbaycanda yaşayan bütün xalqlar öz dinlərini qoruyub saxlamışlar. Bu, ölkədə tolerantlıq ənənələrinin inkişafına və insanların şüurunda dərin kök salmasına kömək etmişdir.
Əgər tarixi aspekt tolerantlığın ilk əsası olmuşdursa, onun sonrakı mövcudluğunu məhz dövlət siyasəti təmin etmişdir. Dövlət siyasətinin strategiyası kimi tolerantlığın əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qoymuşdur və indi onu Prezident İlham Əliyev uğurla davam etdirir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Azərbaycan Prezidenti İlham Əliyevin salamını tədbir iştirakçılarına yetirdi.
Öz ölkəsinin dini icmalarından qısaca danışan ABŞ-ın Bakıdakı səfiri Ann Ders vurğuladı ki, tolerant dövlət kimi Azərbaycan regionda aparıcı dövlətdir.
Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı yeparxiyasının başçısı Aleksandr ata, Azərbaycanın dağ yəhudiləri icmasının başçısı Semyon İxiilov, Bakıdakı Roma katolik kilsəsinin keşişi Yan ata, Səudiyyə Ərəbistanının, Misirin, Gürcüstanın səfirləri və başqaları çıxışlarında dedilər ki, tolerantlıq bütün dinlərin əsasını təşkil edir və Azərbaycan tolerantlıq prinsiplərinin həyatda real təcəssümünü tapdığı nadir bir ölkədir. Ona görə də dünyanı bu təcrübə ilə tanış etmək lazımdır.
“Dəyirmi masa” iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul etdilər.
(Müraciətin mətni qəzetin bugünkü nömrəsində dərc olunur).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]