Tovuzda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə bayram konserti keçirilib VİDEO







Tovuz, 15 iyun, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bayram konserti keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxış edənlər rayon sakinlərini bayram münasibətilə təbrik edərək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz rolunu xüsusi qeyd ediblər. 1993-cü ildə xalqın iradəsi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin ölkəni parçalanma və vətəndaş qarşıdurmasından xilas etdiyi, bununla da 15 iyunun tariximizə Milli Qurtuluş Günü kimi daxil olduğu vurğulanıb.
Tovuz şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunan bayram konsertində tanınmış müğənillər çıxış ediblər.
Bayram konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.