Tripolidə seçki komissiyasının ofisinə hücum edilib, 7 nəfər həlak olub
Bakı, 2 may, AZƏRTAC
Liviyanın paytaxtı Tripoli şəhərində silahlıların Milli Seçki Komissiyasının mənzil-qərargahına hücumu nəticəsində azı 7 nəfər həlak olub, onlarla insan yaralanıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə komissiyanın nümayəndəsi Xalid Ömər bildirib. Həlak olanların 3-ü seçki komissiyasının əməkdaşı, 4-ü isə təhlükəsizlik qüvvələrinin nümayəndəsidir.
Al Arabiya telekanalı, həmçinin aralarında xarici vətəndaşların da ola biləcəyi girovların götürülməsinin mümkünlüyü barədə xəbər yayıb.
Reuters agentliyinin məlumatına əsasən, hücum seçicilərin qeydə alınması zamanı aralarında iki terrorçu-kamikadzenin də olduğu silahlı qrup tərəfindən həyata keçirilib. Binanın daxilində partladıcı qurğu işə salınıb. Bundan başqa, bina bayırdan yandırılıb. Təhlükəsizlik qüvvələri ilə hücum edənlər arasında atışma olub.
Qeyd edək ki, Liviyada bu ilin sonunda keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə hazırlıq başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]