“TRT” telekanalının Bakı nümayəndəliyinin rəhbəri “Beynəlxalq Jurnalistika Məktəbi”ndə
Bakı, 19 aprel, AZƏRTAC
“Beynəlxalq Jurnalistika Məktəbi”ndə “TRT”nin Bakı nümayəndəliyinin rəhbəri Murat Akkoçla görüş keçirilib.
Bakı Dövlət Universitetindən AZƏRTAC-a bildiriblər ki, görüşdə universitetin jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev fakültənin tarixi, inkişaf mərhələləri və fəaliyyətindən danışıb.
Murat Akkoç isə “TRT”nin formalaşması, onun Türkiyə televiziya məkanında yeri və rolu barədə ətraflı məlumat verib.
Sonra “Müasir TV jurnalistikasında xəbər standartları” mövzusunda müzakirələr aparılıb.
Təlimçi tələbələrə TV jurnalistikası, onun əsasları və xəbər verilişlərin standartları haqqında söhbət açıb, öz təcrübəsini və Türkiyədəki yeni medianın özəllikləri ilə bağlı fikirlərini bölüşüb.