CƏMİYYƏT
Tuncay Hüseynov: Azərbaycan nümayəndələrinin çıxışı tamaşaçılar tərəfindən hər zaman böyük maraqla qarşılanır
![Tuncay Hüseynov: Azərbaycan nümayəndələrinin çıxışı tamaşaçılar tərəfindən hər zaman böyük maraqla qarşılanır](/files/2022/2/1200x630/16528882691549144468_1200x630.jpg)
London, 18 may, AZƏRTAC
Azərbaycan nümayəndə heyətinin çıxışı tamaşaçılar tərəfindən hər zaman böyük maraqla qarşılanır.
Bunu AZƏRTAC-a açıqlamasında Vindzor Kral Atçılıq Şousunda iştirak edən Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” rəqs ansamblının üzvü Tuncay Hüseynov söyləyib.
“Hər dəfə bu şouda iştirak etmək və ölkəmizi təmsil etmək çox qürurvericidir. Tamaşaçılar nəinki bizim nömrələri çox bəyənir, hətta onlar hazırlıq məşqlərini də izləmək üçün buraya gəlirlər. Çıxış bitdikdən sonra isə onlar ayağa qalxaraq bizi ürəklə alqışlayırlar. Bu isə bizi daha çox həvəsləndirir və qürur hissi yaradır”.
Tuncay Hüseynov bildirib ki, Qarabağ atlarına olan rəğbət və Kraliça II Elizabetin onları izləmək üçün dəfələrlə şouya gəlməsi nümayəndə heyətimizə böyük sevinc bəxş edir.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London