İDMAN
“Turan” və “Kəpəz”in veteranları arasında oyun keçirilib, Qurban Qurbanov qol vurub
Bakı, 11 noyabr, AZƏRTAC
“Turan” və “Kəpəz” komandalarının veteran futbolçuları arasında yoldaşlıq oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Tovuz şəhər stadionunda reallaşan qarşılaşma 5:5 hesablı heç-heçə ilə yekunlaşıb.
Görüşdə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, qardaşı Musa Qurbanov, “Kəpəz”in veteran futbolçusu Vidadi Rzayev kimi tanınmış simalar da iştirak ediblər. Qollardan birinə məhz “Turan”ın heyətində meydana çıxan Q.Qurbanov imza atıb.
Yoldaşlıq matçı “Turan”ın çempionluğu və ölkəmizi ilk dəfə qitəmiqyaslı yarışda təmsil etməsinin 30 illiyi ilə əlaqədar təşkil olunub.