Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşünün Ankara Bəyannaməsi

Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşünün Ankara Bəyannaməsi

Ankara, 16 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Bəyannamə qəbul olunub.

AZƏRTAC Ankara Bəyannaməsini təqdim edir.

“Türk Dövlətləri Təşkilatının (bundan sonra TDT adlandırılacaq) “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşü Azərbaycan Respublikasının təşəbbüsü ilə 16 mart 2023-cü ildə Ankarada keçirilmişdir.

İclasa Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğan ev sahibliyi etmişdir və iclasda Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Zati-aliləri Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri Şavkat Mirziyoyev, Türkmən xalqının Milli Lideri və Türkmənistanın Xalq Məsləhətinin Sədri Zati-aliləri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Respublikasının Prezidenti Zati-aliləri Ersin Tatar, Macarıstanın Baş naziri Zati-aliləri Viktor Orban, eləcə də Türk Dövlətləri Təşkilatının Baş katibi Zati-aliləri Kubanıçbek Ömüraliyev iştirak etmişlər.

Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları,

6 fevral 2023-cü ildə Türkiyənin cənub-şərq bölgəsində minlərlə insanın həyatına son qoyan, minlərlə insanın yaralanması ilə nəticələnən və ağır dağıntılara səbəb olan iki dağıdıcı zəlzələ ilə əlaqədar qardaş türk xalqına bir daha dərin hüznlə başsağlığı verərək;

Üzv və Müşahidəçi dövlətlərin xalqlarına, eləcə də digər ölkələrə və beynəlxalq təşkilatlara/platformalara zəlzələlərdən daha çox zərər çəkmiş ərazilərə dərhal yardım əlini uzatdıqlarına görə minnətdarlıqlarını bildirərək;

TDT-nin Üzv və Müşahidəçi Dövlətlərinin Türkiyədəki dağıdıcı zəlzələlərdən sonra axtarış-xilasetmə qruplarının sürətli şəkildə yerləşdirilməsini təqdir edərək;

Birləşmiş Millətlər Təşkilatı tərəfindən Türkiyə üçün Təcili Zəlzələ Yardımı Çağırışının və Türkiyə və Suriyaya qlobal dəstəyi səfərbər etmək məqsədilə Avropa İttifaqı (Aİ) Komissiyası və Avropa İttifaqı (Aİ) Şurasının İsveç sədrliyi tərəfindən birgə təşkil olunacaq Beynəlxalq Donorlar Konfransının elan edilməsini alqışlayaraq;

Axtarış və xilasetmə qruplarının sürətli şəkildə yerləşdirilməsinin, habelə fəlakətlərə cavab olaraq humanitar yardımın çevik çatdırılmasının vacibliyini vurğulayaraq;

“Türk Dünyasına Baxış 2040” sənədinə uyğun olaraq TDT regionunda və dünyada təbii fəlakətlərin qarşısının alınması, cavab verilməsi və aradan qaldırılması üçün ikitərəfli və çoxtərəfli əməkdaşlığın və koordinasiyanın zəruriliyinə diqqət çəkərək;

2021-ci il tarixli TDT-nin 8-ci Zirvə görüşünün Bəyannaməsinin 51-ci bəndinə uyğun olaraq, TDT-nin Mülki Müdafiə Mexanizminin yaradılması ilə bağlı 21 dekabr 2022-ci ildə Ankarada AFAD-da keçirilmiş TDT-nin Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərinin Görüşünün nəticələrini alqışlayaraq;

TDT-nin 8-ci Zirvə görüşünün Bəyannaməsində təsdiq olunduğu kimi, müvafiq nazirliklərə yaşıl texnologiyalar və ağıllı şəhərlər üzrə əməkdaşlıq təşəbbüsü barədə göstəriş vermək qərarını xatırladaraq;

“Türk Dünyasına Baxış 2040” sənədində qeyd olunan baxış və məqsədlərin həyata keçirilməsində türk dövlətlərinin əldə etdiyi böyük siyasi, iqtisadi və sosial-mədəni tərəqqini yüksək qiymətləndirərək;

Türk dünyasının dəyər və maraqlarını təşviq etmək məqsədilə TDT-nin fəaliyyətini dəstəkləməyə sadiq olduqlarını təsdiq edərək;

Türk dünyasının ticarət, nəqliyyat, investisiya, turizm, regional əlaqə və strateji insan resurslarının idarə edilməsi sahələrində əməkdaşlığının və koordinasiyasının dərinləşdirilməsi və gücləndirilməsində TDT-nin daim artan mərkəzi rolunu vurğulayaraq;

Regional və beynəlxalq forumlarda əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bütün imkanları nəzərdən keçirməyi üzərinə götürərək;

11 noyabr 2022-ci ildə keçirilmiş və TDT-nin transformasiyasında və Türk dünyasının gələcək inteqrasiyasında daha bir əlamətdar hadisə olan tarixi Səmərqənd Zirvə görüşünün uğurlu təşkil olunmasına görə Özbəkistan Respublikasının sədrliyini yüksək qiymətləndirərək; və Sədrliyin həmrəyliyin gücləndirilməsinə, eləcə də TDT Üzv və Müşahidəçi Dövlətlərinin xalqlarının sülh, sabitlik, təhlükəsizlik və rifahının təmin edilməsinə yönəlmiş fəaliyyətini dəstəkləmək əzmində olduqlarını vurğulayaraq;

Respublikanın yaradılmasının yüzilliyi və Türkiyə xarici siyasət xidmətinin əsasının qoyulmasının beş yüzilliyi münasibətilə Türkiyə Respublikasını təbrik edərək;

Novruz bayramı və müqəddəs Ramazan bayramı münasibətilə bütün Üzv və Müşahidəçi Dövlətlərin xalqlarına rifah və firavanlıq arzularını bildirərək;

Bəzi ölkələrdə müsəlmanların müqəddəs dəyərlərinə qarşı son vaxtlar törədilən nifrət cinayətlərindən təşvişə düşərək; və bununla əlaqədar olaraq, müxtəlif inanclara və mədəniyyətə malik insanlar arasında dinc yanaşı yaşama, dialoq və harmoniyanı qorumaq üçün müxtəlif mədəniyyətlər arasında qarşılıqlı hörmətin mühüm əhəmiyyətini vurğulayaraq;

bəyan etdilər ki, onlar:

1. Zəlzələlərdən sonra bərpa və yenidənqurma işlərində Türkiyə xalqı və Hökuməti ilə həmrəylik ifadə etdilər;

2. Üzv və Müşahidəçi Dövlətlər, eləcə də dünyanın hər yerindən digər ölkələr və beynəlxalq təşkilatlar/platformalar tərəfindən yerləşdirilmiş fövqəladə hallara cavab qrupları tərəfindən fəlakətdən sonra həyata keçirilən fədakar axtarış və xilasetmə əməliyyatlarını alqışladılar; və aramsız səyləri ilə bir çox insanın həyatını xilas edən dəstələrə minnətdarlıqlarını bildirdilər;

3. TDT-yə Üzv və Müşahidəçi Dövlətlərin milli tibbi xilasetmə qrupları arasında əməkdaşlığı gücləndirməyə və birgə potensialın gücləndirilməsi fəaliyyətlərində iştirak etməyə hazır olduqlarını bildirdilər;

4. Zəlzələlərdən zərər çəkmiş şəxslərə nə zaman ehtiyac duyulduğu təqdirdə, humanitar yardım göstərməyə davam etməyə hazır olduqlarını təkrarladılar;

5. 20 mart 2023-cü ildə Brüsseldə keçirilməsi nəzərdə tutulan Aİ Komissiyası və Aİ Şurasına İsveç sədrliyi tərəfindən birgə təşkil olunacaq Beynəlxalq Donorlar Konfransında iştirak etmək üçün üzvlərini təşviq etdilər;

6. Baş verə biləcək mümkün fəlakətlər və fövqəladə hallar zamanı ehtiyacların səmərəli, əlaqələndirilmiş və vaxtında həll edilməsi üçün TDT-nin milli fəlakətlərin idarə edilməsi qurumları arasında əməkdaşlığı gücləndirmək barədə razılığa gəldilər və bu xüsusda Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Sazişin Türk Dövlətləri Təşkilatının Qazaxıstan Respublikasının Türkistan şəhərində keçiriləcək 10-cu Zirvə görüşünədək imzalanması üçün aidiyyəti qurumlara tapşırıq verdilər;

7. Qeyd etdilər ki, fəlakətdən sonrakı ehtiyacların qiymətləndirilməsi, təsirə məruz qalmış bölgələrin bərpası və yenidən qurulması prosesi ərzində Türkiyəyə dəstəyini davam etdirməkdə beynəlxalq ictimaiyyət üçün yaxşı istinad nöqtəsi olacaq; bu səyləri daha yaxşı bərpa etmək və enerji səmərəliliyi prinsipləri əsasında qurmaq istəyini/əzmini alqışladılar; Türk dünyasında daha dayanıqlı, davamlı və yaşıl inkişafın vacibliyini vurğuladılar və ictimai malların canlandırılmasında ağıllı şəhərlərin xüsusi rolunu tanıdılar;

8. Müşahidəçi Dövlətlərin TDT-nin fəaliyyətlərinə aktiv cəlb olunmasını qiymətləndirdilər və ŞKTR-nin TDT-nin Fövqəladə Zirvə görüşündə iştirakını qeyd etdilər;

9. TDT Üzv Dövlətləri arasında ticarət və iqtisadi əməkdaşlığı gücləndirmək üçün onların iqtisadi potensialını səfərbər etmək məqsədi daşıyan Türk İnvestisiya Fondunun yaradılması haqqında Sazişin imzalanmasını alqışladılar;

10. Qazaxıstan, Türkmənistan və Türkiyədə qarşıdan gələn ümumi və prezident seçkilərinin, eləcə də Özbəkistanda referendumun uğurla başa çatacağına əmin olduqlarını bir daha təsdiq etdilər;

11. Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğana Türk dünyasının birliyi və həmrəyliyinə, eləcə də təhlükəsizliyi və rifahına verdiyi güclü və davamlı töhfələrinə, Türk Dövlətləri Təşkilatının birlik ruhunun gücləndirilməsində möhkəm liderliyinə görə təşəkkürlərini bildirir və gələcək seçkilərdə uğurlar arzu edirlər;

12. UNESCO tərəfindən “Dünya Türk Dili Günü” elan edilməsi ilə bağlı tam dəstəklərini bir daha təsdiq etdilər;

13. Bütün müsəlmanları incidən və gələcəkdə yeni irqçi, ksenofob və islamofob təxribat və hücumlara yol aça biləcək müqəddəs kitabımız Qurani-Kərimə qarşı son vaxtlar nifrət zəminində törədilən cinayətləri ən kəskin şəkildə qınadılar;

14. Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı törədilən ölümcül silahlı hücumu pislədilər və bütün təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün tez və hərtərəfli araşdırmanın aparılmasına çağırış etdilər;

15. TDT Katibliyinin fəaliyyətində əldə edilmiş mühüm nailiyyətləri təqdir etdilər və Üzvlər tərəfindən qəbul olunmuş sənədlərdə təyin və təsbit edilmiş vəzifələrinin həyata keçirilməsi üçün Katibliyin potensialını daha da gücləndirmək əzmində olduqlarını bir daha vurğuladılar;

16. TDT Üzv dövlətlərin Xarici İşlər nazirliklərinə və digər aidiyyəti qurumlara Qazaxıstanda keçiriləcək TDT-nin qarşıdan gələn 10-cu Zirvə görüşünə hazırlıq işlərini sürətləndirmək üçün göstəriş verməyə razılaşdılar;

Qazaxıstan TDT-nin 10-cu Zirvə görüşünə 2023-cü ilin oktyabr ayında Qazaxıstan Respublikasının Türkistan şəhərində ev sahibliyi etməyə hazır olduğunu bir daha təsdiq etdi.

TDT-nin Dövlət Başçıları Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğana TDT-nin Ankara Fövqəladə Zirvə görüşünün uğurla yekunlaşan müzakirələrinə sədrlik etdiyinə görə dərin təşəkkür bildirir və Türkiyə Hökumətinin və xalqının səmimi qonaqpərvərliyini yüksək qiymətləndirdilər.

TDT-nin Baş katibinə bu Bəyannamədə nəzərdə tutulan qarşılıqlı fəaliyyəti və birgə səyləri əlaqələndirmək tapşırığı verilir.

16 mart 2023-cü ildə Ankara şəhərində Azərbaycan, qazax, qırğız, türk və özbək dillərində imzalanmışdır.

 

Azərbaycan Respublikasının Prezidenti                      İlham Əliyev

Qazaxıstan Respublikasının Prezidenti                       Kasım-Jomart Tokayev

Qırğız Respublikasının Prezidenti                              Sadır Japarov

Türkiyə Respublikasının Prezidenti                            Rəcəb Tayyib Ərdoğan

Özbəkistan Respublikasının Prezidenti                       Şavkat Mirziyoyev”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA