Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncıdan
Hörmətli cənab Prezident,
Doğum gününüz münasibətilə Sizə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Sizin güclü liderliyiniz sayəsində Azərbaycan Respublikasının hərtərəfli inkişafı, beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi bütün türk xalqlarını qürurlandırır.
Azərbaycanın durmadan artan nüfuzu türk birliyini və həmrəyliyini qarşıdakı illərdə daha da möhkəmlətmək haqqında hamımızda bir düşüncə yaratmaqla yanaşı, bunun uğrunda çalışan hər kəsə böyük qətiyyət və cəsarət təlqin etməkdədir.
Üzərində böyük əməyinizin olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası da bu yöndəki fəaliyyətində Sizin tövsiyələriniz və dəstəyiniz sayəsində öz yoluna inamlı addımlarla davam edəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik arzu edir, Azərbaycan xalqına və bütün türk dünyasına firavanlıq diləyirəm.
Dərin hörmətlə,
Xəlil Akıncı
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının
baş katibi