Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanovdan
Zati-aliləri cənab Prezident,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və bütün Azərbaycan xalqına Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.
Türk dünyasında qurulan ilk respublikanın və bu il yaradılmasının 96-cı ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycan Respublikası Zati-alinizin müdrik və uğurlu rəhbərliyi nəticəsində aparıcı dövlətlər arasında öz layiqli yerini tutmuş və dünyanın siyasi, iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilmişdir.
Zati-alinizin hərtərəfli dəstəyi sayəsində Azərbaycanın türkdilli dövlətləri arasında sürətlə inkişaf edən əməkdaşlığa verdiyi mühüm töhfələri çox yüksək qiymətləndiririk.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar və qardaş Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm.
Dərin hörmət və ehtiramla,
Jandos Asanov
Türkdilli Ölkələrin Parlament
Assambleyasının baş katibi