TÜRKİYƏ BOĞAZLARINDA YENİ RADAR SİSTEMİ QURAŞDIRILIB
İyulun 1-də Türkiyənin Gəmi Nəqliyyatı Nəzarət Mərkəzində təntənəli mərasim keçirilmişdir. AZƏRTAC-ın Ankaradakı xüsusi müxbiri xəbər verir ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, nazirlər, deputatlar və digər rəsmi şəxslərin iştirak etdiyi bu tədbir Türkiyə Boğazlarında Gəmi Nəqliyyatı Xidmətləri yeni radar sisteminin açılışına həsr olunmuşdu. Radar sisteminin əsas məqsədi Bosfor və Dardanel boğazlarındakı gəmi nəqliyyatının intensiv hərəkəti zamanı baş verə biləcək qəzaların qarşısını almaq və kompüter vasitəsi ilə gəmilərin hərəkət istiqamətini tənzimləməkdir. Çoxlu sayda sərnişin gəmisi və yük tankerlərinin boğazlardan keçərkən təhlükəsizliyini təmin edəcək sistem, eləcə də qaçaqmalçılıqla məşğul olan gəmilərin boğazlara daxil olmasının qarşısını alacaqdır. Quraşdırılması dörd il çəkən radar sistemi 45 milyon ABŞ dollarına başa gəlmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:57]
Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]