Türkiyə ekologiya nazirliyinin nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycanda səfərdə olan Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki və nazirliyin nümayəndə heyəti, həmçinin ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Şəhidlər xiyabanını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinə əklil qoyub.
Sonra şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edilib, abidə önünə əklil qoyulub, gül dəstələri düzülüb.