Türkiyə Prezidenti Osakada mətbuat konfransı keçirib
Ankara, 29 iyun, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanın Osaka şəhərində keçirilmiş “Böyük iyirmilər” (G20) qrupunun zirvə toplantısında iştirakının nəticələri ilə bağlı mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransı TRT HABER kanalı tərəfindən canlı yayımla nümayiş olunub.
Zirvədə müzakirə olunan məsələlər, bu toplantı çərçivəsində keçirdiyi ikitərəfli görüşlər, beynəlxalq proseslərə dair Türkiyənin mövqeyi barədə jurnalistlərə məlumat verən Prezident Rəcəb Tayyib Ərdoğan, həmçinin Türkiyənin Rusiyadan sifariş etdiyi S-400 zenit-raket komplekslərinin alınması, istehsalında ortaq olduğu “F-35” qırıcılarından ölkəsinə düşən pay bölgüsü, Suriya böhranının həlli, regiondakı terror qrupları ilə mübarizə məsələlərindən bəhs edib.
Bütün məsələlərdə öz təhlükəsizliyini təmin etməyə Türkiyənin haqqı olduğunu və bunu heç bir tərəfə güzəşt etməyəcəyini diqqətə çatdıran dövlət başçısı sonda jurnalistləri maraqlandıran sualları cavablandırıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]