TÜRKİYƏ PREZİDENTİ QANUN LAYİHƏSİNƏ VETO QOYDU
Türkiyə Prezidenti Əhməd Necdət Sezər parlamentin Türkiyənin Avropa Birliyinə uyğunlaşması ilə bağlı qanunvericilikdə etdiyi bəzi düzəlişlərə etirazını bildirmişdir. AZƏRTAC-ın Ankaradakı xüsusi müxbiri xəbər verir ki, ölkə başçısının ən böyük narahatçılığı Türkiyə Böyük Millət Məclisinin “Terrorla mübarizə haqqında” Qanununun ölkədə separatçılıq təbliğatını yasaqlayan 8-ci maddəsinin ləğv etməsi ilə bağlı olub. Prezident Sezər bu maddənin ləğvinin ölkənin ərazi bütövlüyü istiqamətində bəzi təhlükələr yaradacağı fikrindədir. Türkiyənin dövlət naziri Mehmed Eli Şahin isə 8-ci maddənin ləğvinin terrorla mübarizədə heç bir maneə və ya təhlükə yaratmayacağını, bu dəyişikliklərin parlamentdə iqtidar və müxalifət partiyaları ilə müştərək qəbul olunduğunu bildirib. Türkiyə Konstitusiyasına görə Prezidentin səlahiyyətlərindən istifadə edərək yenidən parlamentə göndərdiyi layihə dəyişmədən ona qaytarılarsa, ölkə başçısı ya qanunu təsdiq etməli, ya da Konstitusiya Məhkəməsinə müraciət etməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:57]
Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]