SİYASƏT
Türkiyə radiosunun saytında AZƏRTAC-ın “Azərbaycanı Zəfərdən–Zəfərə aparan yollar” sərlövhəli məqaləsi dərc edilib
![Türkiyə radiosunun saytında AZƏRTAC-ın “Azərbaycanı Zəfərdən–Zəfərə aparan yollar” sərlövhəli məqaləsi dərc edilib](/files/2022/3/1200x630/166800677296406140_1200x630.jpg)
Ankara, 9 noyabr, AZƏRTAC
TRT-nin “Türkiyənin səsi” radiosunun rəsmi saytında Azərbaycanın 44 günlük Vətən müharibəsinə qazandığı rəşadətli Qələbənin ikinci ildönümü ilə bağlı AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Aslan Aslanovun “Azərbaycanı Zəfərdən-Zəfərə aparan yollar” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan torpaqlarının 30 il işğal altında saxlanılmasından, BMT Təhlükəsizlik Şurasının ölkəmizin ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi qətnamələrə baxmayaraq, beynəlxalq təşkilatların problemi həll edə bilməmələrindən, Azərbaycanın ərazi bütövlüyünü özü bərpa etməsindən, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin təkcə hərb meydanında deyil, informasiya cəbhəsində, diplomatiya müstəvisində də mübarizə aparmasından və hər üç savaşda qalib gəlməsindən bəhs olunub. Bildirilib ki, Azərbaycan xalqı böyük xalqdır və Prezident İlham Əliyev kimi müdrik, dəmir iradəyə malik qətiyyətli Liderə malikdir.
Yazıda, eyni zamanda, qeyd olunub ki, Azərbaycanın Qarabağ Zəfəri, eyni zamanda, ədalətin zəfəri, haqqın təntənəsidir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara