DÜNYA
Türkiyədə əlverişsiz hava şəraiti ciddi fəsadlar törədib VİDEO
![](/files/galleryphoto/2022/1/1200x630/16441308603289025512_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1644130860305493509_1200x630.jpg)
Ankara, 6 fevral, AZƏRTAC
Türkiyədə güclü qarla müşayiət olunan əlverişsiz hava şəraiti ciddi problemlər törətməkdə davam edir.
AZƏRTAC xəbər verir ki, dağlıq ərazilərdə qalın qarın ağırlığı elektrik xətlərində nasazlıq yaradıb. Bəzi yerlərdə yağıntının intensivliyi uçqunlara səbəb olub. Böyük qayaların uçması nəticəsində Qaradəniz sahil avtomagistralında nəqliyyatın hərəkəti dayanıb.
İsparta vilayətində güclü qar səbəbindən çox sayda yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib, elektrik təchizatında fasilələr yaranıb. Orta məktəblərdə tətilin müddəti daha beş gün - fevralın 12-dək uzadılıb.
Yaranmış problemlərin aradan qaldırılması üçün yerli imkanlar səfərbər olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [23:44]
İsrail girovlarla bağlı HƏMAS-dan cavab aldığını bildirib
- 03.07.2024 [23:05]
Ağ ev: Bayden seçki kampaniyasını tərk etməyi düşünmür
- 03.07.2024 [22:52]
Altı nəfərin həyatına son qoyan “Beril” qasırğası Yamaykaya doğru irəliləyir
- 03.07.2024 [21:30]
Özbəkistanda Qeyri-Maddi Mədəni İrs İnstitutu yaradılır
- 03.07.2024 [20:01]