Türkiyədə ikinci qar uçqunu nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb
Ankara, 5 fevral, AZƏRTAC
Türkiyənin Van-Bahçesaray magistralının 33-cü kilometrliyində baş vermiş ikinci qar uçqunu altından 26 nəfərin cəsədi çıxarılıb, müxtəlif bədən xəsarətləri alan 53 nəfər xəstəxanalara yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, qar uçqunu altından yaralı olaraq çıxarılanlar arasında ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Van müdiri Osman Uçar və Türkiyə Prezidentinin baş məsləhətçisi Gülşən Orhan da var.
Bölgədə dünən axşam saatlarında baş vermiş qar uçqunu altında qalanların axtarış-xilasetmə işləri zamanı ikinci faciə meydana gəlib. Uçqun altında ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və digər xidmətlərin xilasediciləri qalıb.
Xatırladaq ki, fevralın 4-də bu bölgədə birinci qar uçqunu nəticəsində beş nəfər həlak olub. Beləliklə təbii fəlakət zamanı həlak olanların sayı 31 nəfərə çatıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]