Türkiyədə koronavirus infeksiyası ilə bağlı mövcud məhdudiyyətlər qüvvədə saxlanılıb
Ankara, 29 aprel, AZƏRTAC
Türkiyənin yeni növ koronavirusun (COVID-19) yayılmasının qarşısının alınmasına üçün apardığı mübarizə nümunəvi xarakter daşıyır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Səhiyyə naziri Fahrettin Koca nazirliyin Elmi Komitəsinin növbəti toplantısından sonra keçirdiyi mətbuat konfransında ifadə edib.
Türkiyədə koronavirusa ilk yoluxma halının martın 11-də aşkar edildiyini diqqətə çatdıran nazir ölümcül xəstəliyə qarşı mübarizədə keçilən yolla bağlı müfəssəl məlumat verib. Bildirib ki, hazırda 7428 tibb işçisi virusa yoluxanların müalicəsi prosesində iştirak edir. Hazırda yoluxma və ölüm hallarında kəskin azalma müşahidə olunur. Bu, virusla mübarizədə düzgün yolun seçilməsi və əhalinin mövcud qaydalara əməl etməsi sayəsində baş verir.
Qeyd edək ki, Türkiyədə koronavirusla bağlı mövcud məhdudiyyətlər hələ də qüvvədədir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]