Türkiyədə koronavirusa qarşı tətbiq olunmuş vaksinlərin sayı 25 milyonu ötüb
Ankara, 16 may, AZƏRTAC
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq olunan kütləvi peyvəndləmə müəyyən edilmiş qrafik üzrə davam edir.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, mayın 16-na qədər ölkə üzrə 4 milyon 925 min nəfərə bir doza, 10 milyon 808 min 803 nəfərə isə iki doza vaksin tətbiq olunub. Vurulan peyvəndin ümumi sayı 25 milyon 733 min 803 dozadır.
Qeyd edək ki, hazırda Türkiyədə tətbiq olunan peyvəndin əsas hissəsini Çin “Sinovac” şirkətinin “CoronaVac” vaksini təşkil edir.
COVID-19 infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində aprelin 29-da yerli vaxtla saat 19:00-da qüvvəyə minən növbəti “Evdə qal!” rejimi tam qapanma şəraitində mayın 17-də saat 05:00-da başa çatacaq. Mayın 17-də məhdudiyyətlərin nizamlı şəkildə qaldırılması ilə bağlı hökumət qərarının qəbul olunacağı gözlənilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.10.2026 [23:09]
Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq
- 11.10.2026 [20:04]
İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb
- 11.10.2026 [19:47]
Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb
- 11.10.2026 [18:45]
AFP: Ər-Riyadda partlayış baş verib
- 11.10.2026 [17:02]
Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb
- 10.10.2026 [23:58]
Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var
- 10.10.2026 [23:01]
Bakıda beynəlxalq tanqo marafonu davam edir
- 10.10.2026 [22:34]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [21:32]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [21:28]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:49]
Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq
- 10.10.2026 [20:45]
Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir
- 10.10.2026 [20:18]
Bu saata olan əsas xəbərlər
- 10.10.2026 [20:00]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [19:51]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:28]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [19:05]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:53]