Türkiyədə Malazgirt zəfərinin ildönümü təntənə ilə qeyd olunub
Ankara, 26 avqust, AZƏRTAC
Türkiyənin Muş şəhərində 1071-ci ildə qazanılan Malazgirt zəfərinin növbəti ildönümü münasibətilə təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt Milli Parkında dövlət və hökumət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə çıxış edib.
Malazgirt zəfərinin tarixindən, o cümlədən gündəlikdə duran məsələlərdən danışan dövlət başçısı tarixi zəfər münasibətilə Türkiyə xalqını təbrik edib. Prezident vurğulayıb ki, Türkiyə heç kimin torpağına, suverenliyinə, sərvətlərinə göz dikməyib. Ona aid olanlardan isə əsla pay verməyəcək.
Mərasim bədii proqramla davam edib.
Qeyd edək ki, 1071-ci il avqustun 26-da Sultan Alp Arslanın sərkərdəliyi ilə hərbi birləşmələr Anadolunun Malazgirt bölgəsində Bizans İmperatoru Romen Diyojenin ordusuna qarşı döyüşdə parlaq zəfər qazanıb. Bununla da Böyük Səlcuq imperiyasının daha da qüdrətlənməsi və geniş coğrafiyanı əhatə etməsi üçün yeni qapı açılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]