Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədə meşə yanğınları, Qarabağda məhv edilən meşələr və tarixin dərsləri haqqında...

Bakı, 4 avqust, AZƏRTAC

Qarabağ bərpa edilərək əvvəlkindən daha da gözəl və yaşıl olmalıdır! Bu, bizim mənəvi borcumuzdur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib. O vurğulayıb ki, avqustun 2-də Böyük Britaniyanın "The Guardian" nəşri Türkiyə hakimiyyətinin dünya ictimaiyyətini on minlərlə hektar ərazini məhv edən dəhşətli yanğınlara qarşı mübarizədə onlara yardım göstərməyə çağırması barədə xəbər dərc edib. Avqustun 3-də isə Türkiyənin "Daily Sabah" nəşri meşələri bürüyən alovla mübarizədə dost və müttəfiqlərinin Türkiyəyə kömək etdiklərinə dair xəbər yayıb. Artıq dəstək göstərən ölkələr arasında qardaş Azərbaycan, Rusiya, Ukrayna, İran, Xorvatiya və İspaniya var. KİV-in məlumatına görə, bu siyahıda Avropa İttifaqı yoxdur. Fransa və Yunanıstan isə yardım göstərməkdən imtina ediblər. Halbuki “Köhnə dünya” və Yaxın Şərq arasında bufer rolunu oynayan və müharibənin dəhşətlərindən qaçan qaçqın axınının qarşısını alaraq, uzun illər Avropa İttifaqına böyük dəstək göstərən məhz Türkiyə olub. "Sivil Qərbin" bu cür münasibəti kimisə təəccübləndirə bilər, amma məni yox. Bundan bir neçə həftə əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsselin Ermənistana 2,6 milyard avro məbləğində maliyyə dəstəyi göstərməyə hazır olduğunu təsdiqləyib. Eyni zamanda, KİV-in məlumatına görə, yaxın 5 il ərzində Avropa İttifaqı Azərbaycana 150 milyon avroya yaxın vəsait ayırmağı planlaşdırır. Yəni, təxminən 17 dəfə az.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, biz bu dünyada, ilk növbədə, özümüzə arxalanmalıyıq. Bu gün Türkiyədə baş verən yanğınları laqeydcəsinə izləyənlər, on illərlə Qarabağın ekologiyasını məhv etmiş bir ölkəyə maliyyə dəstəyi üçün milyardlarla avro ayıranlar, çətin ki, işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı təşəbbüslərimizi dəstəkləsinlər. Mən artıq yazmışdım ki, təkcə 2014-2018-ci illərdə Qarabağda bütün Ermənistandakından 2,3 dəfə çox ağac qırılıb. İşğal illərində ermənilər Qarabağın meşə örtüyünün təxminən 20 faizini məhv ediblər. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, məhv edilmiş ağaclar arasında qoz, xurma, palıd və Eldar şamı kimi qiymətli ağac növləri də var. Ancaq işğal illərində Azərbaycanın meşə örtüyünün sistemli şəkildə məhv edilməsi ermənilərə azlıq edib. 44 günlük müharibə zamanı Qarabağın ekologiyasına daha böyük zərbə vuruldu - ermənilərin fosfor bombalarından istifadə etməsi nəticəsində baş verən yanğınlar meşə massivlərinin geniş ərazisini əhatə etdi. Hərbi əməliyyatların dayandırılması haqqında saziş bağlandıqdan sonra isə ermənilər möhlət hüququndan istifadə edərək Kəlbəcərdə tələm-tələsik meşələri qırmağa və evləri yandırmağa başladılar, təki bütün bunlar həmin torpağın əsl sahibi olan azərbaycanlılara qalmasın. 20 ildən artıq müddət ərzində dünya ictimaiyyəti (təbii ki, ən yaxın dostlarımız istisna olmaqla) nə edirdi? Bəli, erməni işğalçı qüvvələrinin Qarabağın təbii ehtiyatlarını talan etməsini, meşələri qırmasını, narkotrafikinqlə məşğul olmasını, su terroru törətməsini, cəbhəyanı bölgələri atəşə tutmasını, ərazilərimizə külli miqdarda mina basdırmasını və başqa qeyri-qanuni fəaliyyətlərdən çəkinməməsini dinməz-söyləməz izləyirdi. Biz işğalın nəticələrinin aradan qaldırılmasında həmin "səssiz müşahidəçilərin" dəstəyinə ümid bəsləyə bilərikmi? Mən buna şübhə edirəm. Deməli, biz, ilk növbədə, özümüzə arxalanmalıyıq. Şükürlər olsun ki, dövlətimizin xarici donorlardan kömək gözləmədən bu işə başlamaq üçün kifayət qədər resursları var.

Rəhman Hacıyev, eyni zamanda, bildirib ki, erməni işğalçıların Qarabağa vurduğu zərər həddindən artıq böyükdür. Söhbət onlarla yaşayış məntəqəsindən - yer üzündən silinmiş kənd, qəsəbə və şəhərlərdən gedir. Söhbət bu torpaqları yaşayış və qayıtmağımız üçün tamamilə yararsız hala salmaq məqsədilə dağıdılmış və ya tamamilə məhv edilmiş minlərlə evdən və tarixi abidələrdən gedir. Söhbət kəsilərək Ermənistana aparılmış yüz minlərlə gözəl ağacdan, o cümlədən endemik ağaclardan gedir. Söhbət faydalı qazıntıların amansızcasına hasil edilməsi nəticəsində yaranan zəhərli maddələrin atılması üçün istifadə olunan minlərlə hektar ərazidən gedir. Bir sözlə, söhbət İkinci Dünya müharibəsi zamanı nasist işğalının fəsadları ilə müqayisə edilə biləcək zərərdən gedir. Mənə tez-tez sual verirlər: "Qarabağa nə vaxt qayıda biləcəyik?" Mən dəqiq tarixi bilmirəm, amma bir şeydən tam əminəm ki, əgər biz Qarabağın bərpası prosesini sürətləndirmək istəyiriksə, bu müqəddəs missiyada dövlətimizi dəstəkləməliyik. Bunun üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış müvafiq platformamız var - Qarabağ Dirçəliş Fondu. Fonda ianə etməklə, hər birimiz Qarabağın bərpasına öz töhfəmizi verə bilərik. Bu, niyə təhlükəsizdir? Bunun bir neçə səbəbi var. Onlardan, sadəcə, bir neçəsi aşağıdakılardır:

- Fond hər il dövlətimizin başçısına öz fəaliyyəti və bütün xərcləri ilə bağlı hesabat verəcək;

- Fond, həmçinin hər il ictimaiyyət qarşısında hesabat verəcək, görülən işlər və xərclənmiş vəsaitlər barədə ictimaiyyəti məlumatlandıracaq;

- Fond hər il beynəlxalq auditor şirkəti tərəfindən yoxlanılacaq və auditorların rəyini dərc edəcək;

- Fond yığılan ianələrin bir qəpiyini də öz inzibati xərcləri (əməkhaqqı, ofis icarəsi və sair) üçün xərcləmir və xərcləməyəcək.

Bu, bizim Müşahidə Şuramız tərəfindən təsdiq edilmiş prinsipial mövqeyimizdir (bu barədə tezliklə daha ətraflı yazacağam).

Ona görə də bu yazını yekunlaşdırarkən yaşadığı ölkədən asılı olmayaraq bütün qardaş və bacılarımıza müraciət etmək istərdim: Əgər siz Qarabağın, onun gözəl, sıx meşələrinin, tarixi abidələrinin, ev, məktəb və xəstəxanalarının bərpası prosesini sürətləndirmək istəyirsinizsə, bu prosesə öz töhfənizi verərək dövlətin səylərini dəstəkləyin. Bunun üçün cəmi bir neçə kliklə Qarabağ Dirçəliş Fonduna ianə köçürmək kifayətdir. Hər qəpik dəyərlidir!

PS: Erməni işğalçıların Qarabağa vurduqları ziyan barədə ətraflı məlumatı “Karabakh.Center” saytında (üç dildə) oxuya bilərsiniz: Cinayət. Преступная деятельность. Crime.

Ermənilər tərəfindən dağıdılmış minlərlə ev, abidə, qəbiristanlıq və görməli yerin fotoşəkillərinə “Karabakh.Center” saytında (üç dildə) baxa bilərsiniz: Urbisid. Урбицид. Urbicide. https://www.youtube.com/watch?v=nSVgxTQV_V4&feature=emb_title 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO