Türkiyəli nazir: əlverişsiz hava səbəbindən qar uçqunu bölgəsində axtarış-xilasetmə işləri dayandırılıb
Ankara, 6 fevral, AZƏRTAC
Türkiyənin Van-Bahçesaray avtomobil yolunun 33-cü kilometrliyində baş vermiş qar uçqunu altından 33 meyit çıxarılıb. Ümumilikdə, yaralı halda xəstəxanalarda yerləşdirilən 67 nəfərdən bir neçəsi evə buraxılıb. Ehtimal edilir ki, qar uçqunu altında daha 3 nəfər qalıb.
AZƏRTAC xəbər verir ki, üçüncü qar uçqunu təhlükəsi ilə axtarış-xilasetmə işləri dayandırılıb. Bölgədə güclü qar və tufan hökm sürür. Daxili İşlər naziri Süleyman Soylu faciə ilə bağlı açıqlamasında bildirib ki, axtarış-xilasetmə işlərinin başlaması üçün fevralın 6-da bölgədəki hava durumuna uyğun olaraq qərar qəbul ediləcək.
Qeyd edək ki, fevralın 4-də axşam saatları baş verən qar uçqunu altında qalan mikroavtobusdakı şəxslərdən 7-si xilas edilib, 5-nin meyiti çıxarılıb. Yaxınlıqdakı yaşayış yerlərinin sakinləri xilasetmə işlərinə qoşulublar. İtkin düşən digər iki nəfərin axtarışı aparılarkən ikinci uçqunun baş verməsi daha böyük faciəyə yola açıb. Ağır qar kütləsi təxminən yüz metr hündürlükdən insanların üstünə tökülüb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]