Türkiyənin Səhiyyə naziri: qar uçqununda yaralananlardan 47 nəfər həkim nəzarətindədir
Ankara, 6 fevral, AZƏRTAC
Türkiyənin Van-Bahçesaray avtomobil yolunun 33-cü kilometrliyində baş vermiş iki qar uçqunu altından ölənlərin ümumi sayı 38 nəfərdir. Onlardan 11-i hərbçi, 8-i mühafizəçi, 3-ü xilasedici, 2-si yol polisi, biri “TürkSell” rabitə şirkətinin əməkdaşıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib. Nazir bildirib ki, faciə zamanı 75 nəfər müxtəlif dərəcəli zədələrlə xəstəxanalara yerləşdirilib. Hazırda həkim nəzarətində olan 47 yaralıdan altısının vəziyyəti ağırdır.
Bölgədə güclü qar və tufan hökm sürür. Daxili İşlər naziri Süleyman Soylu faciə ilə bağlı açıqlamasında bildirib ki, axtarış-xilasetmə işlərinin başlaması üçün fevralın 6-da bölgədəki hava durumuna uyğun olaraq qərar qəbul ediləcək.
Qeyd edək ki, üçüncü qar uçqunu təhlükəsi ilə axtarış-xilasetmə işləri dayandırılıb. Uçqun altında daha üç nəfərin qaldığı ehtimal olunur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]