Türkmənistan Əfqanıstana humanitar yardımı davam etdirir
Aşqabad, 2 may, AZƏRTAC
Türkmənistan müqəddəs Ramazan ayının başlanması ilə əlaqədar Əfqanıstana humanitar yardım göndərib.
AZƏRTAC xəbər verir ki, iki ölkə arasında imzalanan saziş çərçivəsində Türkmənistan Əfqanıstanın güzəştli əsaslarla elektrik enerjisi, habelə maye qazla təmin edilməsi üzrə layihələr həyata keçirir.
Bu iki ölkə arasında səmərəli qarşılıqlı fəaliyyət, ilk növbədə, iqtisadi-ticari, yanacaq-energetika və nəqliyyat-kommunikasiya sahələrində həyata keçirilir.
Qeyd edək ki, bu il fevralın 20-də Türkmənistan Prezidenti “2020-2022-ci illərdə Əfqanıstana humanitar yardımın göstərilməsi Proqramı”nı təsdiqləyən qərar imzalayıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad