Türkmənistanda temperatur meteoroloji müşahidələr tarixində aylıq rekordunu yeniləyərək +47 dərəcəyə yüksələcək
Bakı, 5 iyul, AZƏRTAC
Bu həftə Türkmənistanda havanın temperaturu bütün meteoroloji müşahidələr tarixində aylıq rekordunu yeniləyərək +47 dərəcəyə yüksələcək. Prezident Qurbanqulu Berdiməhəmmədov səsləndirilən proqnozlarla əlaqədar olaraq, ötən cümə günü keçirilən hökumət müşavirəsində hökumətə bu dövrdə vətəndaşların sağlamlığının qorunması üçün bütün lazımi tədbirləri görməyi tapşırıb.
Türkmənistanda temperaturun kəskin artması ilə əlaqədar olaraq dəmir yolu və hava nəqliyyatının hərəkəti məhdudlaşdırılıb. AZƏRTAC ORIENT-ə istinadla xəbər verir ki, müvafiq elanlar “Dəmir Yolları” ASC-nin saytında və türkmənistanlıların aviabilet sifariş edə biləcəyi “Saray” proqram əlavəsində yer alıb.
Məhdudiyyətlər günün ortasında, havanın ən isti olduğu vaxtda həyata keçirilən uçuşlara aiddir. Aşqabad-Amudərya marşrutu ilə hərəkət edən 95 nömrəli qatarın hərəkəti tamamilə dayandırılıb.
Həftənin sonunda Türkmənistanda temperaturun +35 dərəcəyə qədər kəskin enməsi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [10:14]
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır – FAKTİKİ HAVA
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]